23:06 / 05-06-2026
Camal Rüstəmov: Enerji strategiyasının uğurları
23:04 / 05-06-2026
Rasim Kazımov: Enerji sahəsində innovativ həllər
22:32 / 05-06-2026
Şəmkirdə ağız və diş sağlamlığının etibarlı ünvanı – Elməddin Mirzəyevin peşəkarlıq və insanlıq yolu
23:23 / 04-05-2026
Ruslan müəllim: Millətin yaddaşında ucalan liderlik məktəbi – Heydər Əliyev və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
23:20 / 04-05-2026
Seymur Musayev: Heydər Əliyev – Dövlətçiliyin yenidən doğuluşunu təmin edən tarixi iradə və Azərbaycanın gələcəyə açılan yolu
23:16 / 04-05-2026
Dövlətçilik düşüncəsinin sabit dayağı və ictimai etimadın ünvanı – Eldar Quliyevin çoxşaxəli fəaliyyəti
23:11 / 04-05-2026
Təhsilin işığında formalaşan nümunəvi rəhbərlik yolu
23:08 / 04-05-2026
Tərtərdə dövlətçilik ruhunun yaşadıldığı, sosial həmrəyliyin gücləndiyi və abadlığın həyat tərzinə çevrildiyi bir idarəetmə modeli
22:54 / 04-05-2026
Yolların Etibarlı Qurucusu və Məsuliyyətli Mühəndis – Fazil Qasımovun Peşəkar Yolçuluğu
22:36 / 04-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
10:37 / 29-04-2026
Dəniz Sənayesinin Səssiz Qəhrəmanı – Rəfail Mikayılovun Fədakar Rəhbərliyi
22:57 / 28-04-2026
“Orbita” MTK rəhbəri Famil Bağıyev – Şəhərsalma və Tikinti Mədəniyyətinə Töhfə Verən Fədakar İdarəçi
22:51 / 28-04-2026
Tahir Məmmədov: Şamaxının İnkişaf Yolunda Səbir, Məsuliyyət və Davamlı Əmək Fəlsəfəsi
22:49 / 28-04-2026
Hüseyn Əfəndiyev – Yasamal rayonunun inkişafında məsuliyyətli idarəçilik və xidmət nümunəsi
22:47 / 28-04-2026
Cavid Muradov – Sabunçunun təhlükəsizliyinə sadiq rəhbər, qanunun keşiyində duran nümunəvi polis siması
22:41 / 28-04-2026
Nəsimi rayonunun abadlığına həsr olunmuş ömür: Nizami Mayılovun məsuliyyət və xidmət yolu
22:38 / 28-04-2026
Rəsul müəllim: İşığa Çevrilən Elm və İnsanlıq - Akademik Zərifə Əliyevanın 103 illik əbədiyyət yolçuluğu
23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
Zəngəzur dəhlizinə yeni “iki düyün” - NƏ BAŞ VERİR?
İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir. Bunu İranın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən deyib.
“Yen Müsavat”ın məlumatına görə, daha sonra İran rəsmisi bunları qeyd edib: “İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistanla Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Ancaq Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”.
Sərhədlərin dəyişdirilməməsi məsələsini İran indiyə qədər deyir və bu hamıya məlumdur. Ancaq bu dəfə sərhədlə yanaşı, demoqrafik dəyişikliklərdən də bəhs edilir. Bu, açıq mətnlə o deməkdir ki, İran azərbaycanlıların Ermənistandakı (Göyçə, İrəvan, Vedi, Zəngəzur mahallarındakı) tarixi torpaqlarına qayıdışının da əleyihinədir. İranlı nazir əvəzinin sözlərindən isə elə çıxır ki, Zəngəzur dəhlizi açılan kimi azərbaycanlılar kütləvi şəkildə köçərək dəhlizin o üzündə, bu üzündə yaşayış məskənləri salacaqlar və torpaq nahiyəsi Ermənistanın əlindən çıxacaq, nəticədə bu ölkənin İranla sərhədi olmayacaq.
Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyanın Zəngəzur dəhlizinə nəzarətlə bağlı dedikləri bu mövzuda “yeni düyün” hesab edilə bilər. “Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər”, - Simonyan jurnalistin sualına cavab olaraq əlavə edib.
Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı təkliflər əvvəllər də səsləndirilib. Hətta keçən il Brüsselin vasitəçiliyi ilə danışıqlar keçirilərkən Beynəlxalq Gömrük İttifaqının bu işdə vasitəçi ola biləcəyi ilə bağlı müəyyən fikirlər var idi. Ümumilikdə isə hazırda aktual iki təklif var: ya bu təşkilat dəhlizə nəzarət etsin, ya da hansısa neytral ölkə. Bildirilir ki, söhbət “Fronteks” kimi tanınan təşkilatdan - Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir. “Fronteks” 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib, 6 oktyabr 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb. Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır.
Bu arada Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar intensiv şəkildə yayılmaqdadır. Orta dəhliz də adlandırılan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizinin suları, Azərbaycan və Gürcüstandan keçməklə Avropa və Asiya ölkələrini birləşdirir. Dəniz və dəmir yolu konteyner daşınması üçün istifadə olunur.
Minval.az Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikərimovdan bu nəqliyyat marşrutunun inkişaf perspektivləri barədə açıqlama alıb. Musavat.com xəbər verir ki, rusdilli sayta geniş müsahibə verən baş katib Zəngəzur dəhlizinin perspektivi ilə bağlı da nikbin danışıb. O deyib ki, Zəngəzur dəhlizi işə düşən kimi onu Orta dəhlizə daxil edəcəklər.
Qeyd edək ki, ötən ayın əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan Gürcüstan və İranla mehriban qonşuluğu inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə "düşmənçiliyi idarə etməli, azaltmalı və aradan qaldırmalıdır", deyərək regional münasibətlərə yenidən baxılmasını zəruri saymışdı. Qeyd etmişdi ki, regional nəqliyyat marşrutlarını inteqrasiya etməlidir, iqtisadi əlaqələr qurmalı və inkişaf etdirməlidir.
Bugünlərdə isə Ermənistanın baş naziri sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib. “Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür” - deyən Nikol Paşinyan ilk dəfə bu məzmunda açıqlama verib.
Göründüyü kimi, Ermənistanın da mövqeyində müəyyən dəyişikliklər var. İran rəhbərliyi isə rəngləri tündləşdirmək xəttini yürüdür, fiqurlar dəyişsə belə... Yeni nazir əvəzi İranın əvvəlki mövqeyini daha da qəlizləşdirməklə yerini möhkəmlətmək istəyir, yoxsa İranın əvvəlki mövqeyində heç nə dəyişməyəcəyi mesajını verir? Bakı Zəngəzura nəzarətlə bağlı “Fronteks”, yoxsa Beynəlxalq Gömrük İttifaqının nəzarətinə razı ola bilər?
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran rəsmilərinin mülahizələri, mahiyyət etibarilə hər zaman olduğu kimi dəqiq heç nə ifadə etmir: "Onlar hər şeydən danışırlar, amma heç nə demirlər. Əvvəla, Zəngəzur dəhlizi ilə sərhədlərin dəyişdirilməsi arasında yaxından-uzağa heç bir əlaqə yoxdur. Zəngəzur dəhlizi eksterritorial ərazi deyil, indiki Ermənistanın ərazisindən keçən, Azərbaycanla onun eksklavı olan Naxçıvan Muxtar Respublikası arasındakı maneəsiz əlaqəni təmin edən və gələcəkdə multimodal funksiyalara malik ola biləcək dəhlizdir. Digər tərəfdən, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasını da, heç bir halda “demoqrafik vəziyyətin dəyişdirilməsi” kimi absurd və məntiqsiz mülahizələrlə əlaqələndirmək mümkün deyil. Çünki qaçqınların öz evlərinə qayıdışı əslində demoqrafik vəziyyətin öz real, hüquqi məcrasına qaytarılmasıdır. Yəni demoqrafik xəritənin bərpa olunmasıdır. Bu, o deməkdir ki, qərbi azərbaycanlılar öz ata-baba yurdlarından zorla çıxarılanda demoqrafik vəziyyət süni şəkildə dəyişdirilib və indi demoqrafik vəziyyətin təbii mənzərəsinin bərpası üçün azərbaycanlı qaçqınların öz evlərinə qayıdış hüququ bərpa olunmalıdır. Əgər İranın xarici siyasət idarəsinin de-fakto rəhbəri bu qədər bəsit və hər kəsin anlaya biləcəyi mövzuları başa düşmürsə, yaxud başa düşmək istəmirsə, bu, artıq onun öz problemidir". Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı mülahizələrinə gəldikdə, E.Mirzəbəyli bildirdi ki, onun “təşkilat” dedikdə hansı təsisatı nəzərdə tutduğunu müəyyənləşdirməyə çətinlik çəkir: “Diqqətinizə çatdırım ki, Beynəlxalq Gömrük İttifaqının funksiyasına nəqliyyat dəhlizlərinin idarə edilməsi və təhlükəsizlik məsələləri daxil deyil. Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi isə yalnız Aİ-yə üzv olan ölkələrin quru və su sərhədlərinə cavabdehdir. Ermənistan isə Avropa İttifaqının üzvü olmadığı üçün "Fronteks"in bu missiyanı yerinə yetirməsi mümkün deyil".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İranın yenə də fərqli məsələləri qarışdırdığını söylədi: “Azərbaycanın Qərbi Zəngəzuru nəzarətə götürmək planı yoxdur. Əgər bizə qarşı Ermənistan tərəfindən təcavüz, təxribat olmasa, baxmayaraq ki, Qərbi Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, Azərbaycan reallıqla hesablaşır, o torpaqları nəzarəti altına almaq fikri yoxdur. Amma bu, başqa məsələdir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıtmaq hüququ var və Azərbaycan bu siyasəti yürüdür, onun arxasındadır. Azərbaycanlıların öz yurdlarına qayıdışı isə o torpaqların nəzarətə götürülməsi anlamına gəlmir. Azərbaycanlılar qayıdıb, Ermənistan vətəndaşlığını da qəbul edə bilərlər, təhlükəsizlikləri təmin olunduğu halda. İransa hazırda bunun əleyhinə çıxır və azərbaycanlıların qayıdış hüququnu da sanki tanımır”.
E.Şahinoğlu əlavə etdi ki, İran həmçinin dəhliz məsələsinin də əleyhinə çıxış edir: “Dəhliz Ermənistanın ərazisindən keçəcək. Bu, sərhədlərin dəyişdirilməsi deyil ki. Bunu İran tərəfi sərhədlərin dəyişdirilməsi kimi qələmə verir və özlərinin yanlış məntiqinə görə deyirlər ki, sərhədlər dəyişdirilə bilməz. Amma dəhlizlə bağlı neqativ fikirləri davam etdirirlər”. Politoloq Azərbaycanın İranla da dəhliz layihəsinin olduğunu qeyd etdi: “Amma əgər İran rəsmiləri daim Zəngəzur dəhlizinin əleyhinə çıxarsa və Azərbaycanla münasibətdə gərginliyi davam etdirsələr, Araz dəhlizi adlanan dəhlizin reallaşması da sual altında qala bilər. Görünən budur ki, İranın mövqeyində dəyişən heç nə yoxdur. Yəni yenə də tutublar ki, "sərhədlər dəyişdirilə bilməz". Ancaq qeyd etdiyimiz kimi, bizim sərhədləri dəyişdirmək fikrimiz yoxdur. Üstəlik, ümumiyyətlə, Ermənistanla sərhədlər müəyyənləşməyib. Sərhədlərin müəyyənləşdirilməsi prosesi gedir". O ki qaldı Zəngəzur dəhlizinə nəzarət məsələsinə, E.Şahinoğlu Ermənistanın parlament sədri Alen Simonyanın bu haqda açıqlamasını xatırlatdı: “Bildirib ki, neytral ölkələr, beynəlxalq təşkilatların nəzarəti mümkündür, bu məsələ müzakirə oluna bilər. Biz maneəsiz keçid tələb edirik. Biz Azərbaycandan Azərbaycana keçid istəyirik. "Fronteks"in, Avropa təşkilatının adı çəkilir. Araşdırmaq lazımdır, bu təşkilatın strukturu necədir? Yaxud Fransanın bura təsir imkanları nə dərəcədədir? Əgər bu təşkilata Fransanın təsir imkanları varsa, biz “Fronteks”in bu layihəyə cəlb edilməsinə razı ola bilmərik. Fransa harada varsa, orada anti-Azərbaycan mövqeyi, ermənipərəst mövqe və təxribat var. Biz buna razılaşa bilmərik. Amma hadisələrin gedişatı göstərir ki, əslində Ermənistan rəsmiləri artıq Zəngəzur dəhlizinin açılması məsələsində əvvəlki siyasətlərini korrektə etməyə hazırdırlar. Nikol Paşinyanın son açıqlaması da bundan xəbər verir ki, kommunikasiya xətləri sülh sazişinin imzanmasından daha erkən reallaşa bilər".
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan son açıqlamaları ilə dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazır olduğunu göstərir: “Amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq”...
Bir əminlik var ki, Azərbaycan dövlətinin dediyi olacaq, əksi mümkün deyil. Eyni zamanda qardaş Türkiyə üçün də Zəngəzur dəhlizi “olmazsa, olmaz”dır. Ermənistanın üzünə qapıların açılması da dəhlizdən asılıdır...
Bölməyə aid digər xəbərlər

Tarix: 14-06-2024, 16:00 Oxunub: 69
Bölməyə aid digər xəbərlər
12-06-2024, 15:00
“Sülh kəsişməsi”: ABŞ da Zəngəzur dəhlizinə maraq göstərir - İNCƏLƏMƏ
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib