09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Məlikşah Topiyev: Hər qarışı bütövləşən Azərbaycan...

Məlikşah Topiyev: Hər qarışı bütövləşən Azərbaycan...


102xeber.tv olaraq, Saatlı rayon Nəsimi kənd tam orta məktəbin direktoru Məlikşah Topiyev Hər birinizi 16 Sentyabr Bilik Günü, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki,  “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
 Əziz müəllimlər, bu müqəddəs missiyanızda hər birinizə bol uğurlar arzulayıram!

Yeni dərs iliniz mübarək olsun!  “İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Saatlı rayon Nəsimi kənd tam orta məktəbin direktoru Məlikşah Topiyevdir.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Məlikşah Topiyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Saatlı rayon Nəsimi kənd tam orta məktəbin direktoru Məlikşah Topiyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Saatlı rayon Nəsimi kənd tam orta məktəbin direktoru Məlikşah Topiyev - Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq Qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə təxribatlar edir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırırdı.

2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qanunsuz xunta liderlərini qondarma “müstəqillik günü” münasibətilə təbrik edib. Bundan əlavə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əldə edilmiş razılaşmalara baxmayaraq, 2023-cü il sentyabrın 9-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət daşıdığı ərazidə qondarma “seçkilər” keçirildi və nəticədə qondarma “prezident” seçildi. Eyni zamanda, Ermənistan Azərbaycan ərazisinə canlı qüvvə, silah və hərbi  texnika göndərməyə davam edirdi. Bundan başqa, erməni tərəfi yeni istehkamlar tikməyə, mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparmağa cəhd göstərir və əraziləri kütləvi şəkildə minalayırdı.

Belə ki, 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupları tərəfindən əvvəldən yerləşdirilmiş minanın partlaması nəticəsində iki mülki şəxs həlak olub. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan avtomobil minaya düşərək partladılıb, nəticədə 4 nəfər həlak olub. Bütün bunlar Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə Konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılması üçün real zəmin yaratdı. 

2020-ci ildə baş verən Vətən müharibəsində qazanılan tarixi Zəfərin davamı olaraq, ötən il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminə nəhayət son qoyuldu. İstər 44 günlük Vətən müharibəsi, istərsə də, bir günlük antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi. Şəhidlərimiz böyük ehtiram hissi ilə yad edir, qazılərimizə isə Allahdan şəfa diləyirik.  Əməliyyat öncəsi hərbi birləşmələrə mülki şəxslərin qorunması ilə bağlı tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif xəbərdarlıq tədbirləri həyata keçirdi. Antiterror tədbirləri aparıldığı zamanı mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi.

Sentyabrın 20-də ölkəmizdə və regionda müsbət proseslərin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30 illiyi tamam qeyd olunur. “Əsrin müqaviləsi” müstəqil Azərbaycan üçün təkcə iqtisadi nailiyyət deyil, həm də möhtəşəm siyasi və diplomatik uğurdur. 27 sentyabr tarixi Qələbəyə aparan çətin yolun başlandığı gündür. Həmin gün biz Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların hamısını ehtiramla yad edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü və Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu tarixlərin hər biri ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb.

Sonda bir daha Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən il sentyabrın 20-də xalqa müraciəti zamanı qeyd etdiyi fikirləri xatırlatmaq istərdim:  “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər bizdən əl çəksinlər, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.

Tarix: 20-09-2024, 13:27 Oxunub: 140


Bölməyə aid digər xəbərlər