11:08 / 07-08-2026
Həsən müəllim: Zamanın Sınağından Keçən Liderlik Modeli
00:32 / 31-07-2026
Suraxanıda Mənzil-Kommunal Xidmətlərinin Müasirləşdirilməsi və Abadlıq İşlərinin Uğurlu Təşkili
00:28 / 31-07-2026
Yaşayış Binalarında Nümunəvi Kommunal Xidmətin Təşkilində Peşəkar İdarəçilik
00:24 / 31-07-2026
Keyfiyyətli Çörək İstehsalı və Qida Təhlükəsizliyini Prioritetə Çevirən Uğurlu Fəaliyyət
00:17 / 31-07-2026
Şəkidə Müasir Səhiyyə Xidmətinin Gücləndirilməsi və İnsan Sağlamlığına Xidmət Missiyası
00:09 / 31-07-2026
Hər Süfrəyə Keyfiyyət və Etibar Gətirən Çörək İstehsalı Ənənəsi
00:07 / 31-07-2026
Suraxanı Bazarında Müasir Ticarət Mühitinin Formalaşmasına Yönəlmiş Səmərəli İdarəçilik
21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Hər il 26 İyun Azərbaycanda böyük qürur və iftixar hissi ilə qeyd olunan Silahlı Qüvvələr Günüdür. Bu əlamətdar tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi misilsiz xidmətləri bir daha xatırlatmaq üçün mühüm əhəmiyyət daşıyır.
Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr və idarəetmədəki ciddi problemlər ordunun formalaşmasına mənfi təsir göstərirdi. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, milli ordu quruculuğunda da yeni mərhələnin başlanğıcını qoydu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun vahid komandanlıq əsasında formalaşdırılması, nizami hərbi hissələrin yaradılması, hərbi intizamın möhkəmləndirilməsi və peşəkar zabit korpusunun hazırlanmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Məhz onun rəhbərliyi ilə Azərbaycan Ordusunun hüquqi bazası yaradıldı, hərbi quruculuq sistemli xarakter aldı və Silahlı Qüvvələr dövlətin etibarlı dayağına çevrildi.
Azərbaycanın hərbi kadr potensialının formalaşdırılmasında Ümummilli Liderin hələ sovet dövründə həyata keçirdiyi uzaqgörən siyasət xüsusi rol oynamışdır. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addım oldu. Bu təhsil ocağında yetişən minlərlə gənc sonradan Azərbaycan Ordusunun zabit korpusunun əsasını təşkil etmiş, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm xidmətlər göstərmişdir. Uli Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Son illər ərzində dövlətimizin iqtisadi imkanlarının artması nəticəsində ordunun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, Silahlı Qüvvələr ən müasir silah və texnika ilə təchiz edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda genişmiqyaslı islahatlar həyata keçirilmiş, idarəetmə sistemi təkmilləşdirilmiş, döyüş hazırlığı daha da gücləndirilmişdir. Müasir döyüş təcrübəsinin öyrənilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və peşəkar kadr hazırlığının inkişaf etdirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Ordu quruculuğunun mühüm istiqamətlərindən biri də ölkəmizdə hərbi sənayenin inkişafıdır. Azərbaycan Respublikasında müdafiə sənayesi müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi nəticəsində müxtəlif təyinatlı silahlar, sursatlar, pilotsuz uçuş aparatları və digər hərbi məhsullar istehsal olunmağa başlanmışdır. Bu isə ölkəmizin müdafiə potensialının daha da güclənməsinə və xarici asılılığın azalmasına mühüm töhfə vermişdir. Dövlət tərəfindən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, qazilər və hərbi qulluqçular daim dövlət qayğısı ilə əhatə olunmuş, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində mühüm proqramlar reallaşdırılmışdır.
Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi, düşmən üzərində tarixi qələbə qazandı və xalqımıza böyük Zəfər sevincini yaşatdı. Vətən müharibəsi zamanı Azərbaycan əsgəri yüksək döyüş ruhu, peşəkarlığı və qəhrəmanlığı ilə dünya hərb tarixində yeni səhifə yazdı.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi bir neçə saat ərzində qarşıya qoyulan bütün vəzifələr yüksək peşəkarlıqla yerinə yetirildi və Azərbaycan Respublikasının konstitusiya quruluşu bütün ərazilərimizdə təmin olundu. Bu uğur Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsinin və gücünün növbəti təzahürü oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın qabaqcıl orduları sırasında öz layiqli yerini tutmuşdur. Müasir texnologiyalarla təchiz olunmuş, yüksək döyüş qabiliyyətinə malik və peşəkar kadr potensialına sahib olan Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısıdır. Əminik ki, qalib Azərbaycan Ordusu bundan sonra da dövlətimizin qüdrətinin, xalqımızın qürur mənbəyinin və müstəqilliyimizin sarsılmaz dayağı olaraq yeni uğurlara imza atacaqdır. Bugün həm də ordumuzun inkişafı, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igid hərbçilərimizi dərin hörmət və ehtiramla yad edirik. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün örnək olacaqdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-06-2026, 00:16 Oxunub: 100
Bölməyə aid digər xəbərlər
14-06-2024, 09:27
Heydər Əliyev siyasəti Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb
12-06-2024, 15:33
İdris Quliyev: Qurtuluşdan başlanan yol müstəqilliyimizi və suverenliyimizi daimi etdi
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
10-06-2023, 11:15
Cəsarət Qasımov: Heydər Əliyev yolunun alternativi yoxdur
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!