21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
İqdam Umudov: Ölkəmizin ərazi bütövlüyünün təminatçısı

İqdam Umudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İqdam Umudovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İqdam Umudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İqdam Umudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İqdam Umudov - “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.” Ümummilli Lider Heydər Əliyevin bu fikirləri Azərbaycan Ordusunun dünəninin, bu gününün və gələcəyinin təqdimatı kimi dəyərləndirilir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.
Müstəqilliyimizin ilk illərində yaşananlar tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Həyata keçirilən uğurlu siyasət nəticəsində ordu quruculuğu prosesi beynəlxalq standartlara uyğunlaşdırıldı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
“Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər” söyləyən Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, Silahlı Qüvvələrdə xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ordumuzun imkanlarının təqdimatı oldu. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı qüvvələrin büdcəsi durmadan artır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.
2023-cü ildə Azərbaycan Ordusu müstəqillik tariximizə növbəti Zəfər səhifəsini yazdı. Bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Suverenliyimizin bərpası ilə ölkəmizin həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirdi ki, ordunun gücünün, qüdrətinin daha da artırılması, Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəldilməsi əsasdır: “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 24-06-2024, 10:13 Oxunub: 204
Bölməyə aid digər xəbərlər
12-06-2024, 15:33
İdris Quliyev: Qurtuluşdan başlanan yol müstəqilliyimizi və suverenliyimizi daimi etdi
4-06-2024, 11:37
İbad Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
29-04-2024, 12:24
Samir Babazadə: Mənalı və zəngin həyat yolu