00:22 / 21-02-2026
Elşad Abdullayev: Xocalı Soyqırımının Ağrısı və Qələbənin Qüruru: Doğma Torpağa Dönüşün İlk Addımları
00:20 / 21-02-2026
Sərxan İsmayilov: “Xocalı Qayıdır - 2026-cı ildə Vətənə Dönüş və Soyqırımın Unudulmaz Xatirəsi”
00:13 / 21-02-2026
Malik Mirzəyev: Xocalıya Qayıdışın Zəfər Salnaməsi – Tarixi Ədalətin Bərpası və Doğma Torpaqlara Dönüşün Böyük Qayıdışı
00:05 / 21-02-2026
Milli Sağlamlıq Xidmətində Fədakarlığa Həsr Olunmuş Neyrocərrah: Dr. Afər Allahverdiyev
00:03 / 21-02-2026
Vətən Sağlamlığının Qoruyucusu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sahib Hüseynovun Fəaliyyəti
23:58 / 20-02-2026
Şəhər Nəqliyyatının İnkişafında Qətiyyətli Lider: Faiq Seyidovun Fədakar Səyahəti
23:54 / 20-02-2026
102 Saylı Şəhər Marşrutunun İdarəçilikdə Nümunəvi Rəhbəri - Yusif Hüseynovun İctimai və Peşəkar Fəaliyyəti
23:52 / 20-02-2026
Bərdə Rayon Dövlət Yol Polisi Bölməsinin Rəhbəri Emin Musayevin Vətənpərvər Xidmətləri
23:50 / 20-02-2026
Yolun məsuliyyətini çiyinlərində daşıyan idarəçi – Göygöldə sabitliyin və inkişafın ünvanı
23:48 / 20-02-2026
Dövlət İdarəçiliyində Məsuliyyət və Humanizm Nümunəsi – Hüseyn Əfəndiyevin Yasamalda Qurduğu İctimai Etimad Mühiti
23:46 / 20-02-2026
Torpağa Can Verən Əllər - Bərdə Suvarma Sistemləri İdarəsində Məsuliyyət və Dövlətə Sədaqət Nümunəsi
23:35 / 20-02-2026
Dövlətə Sədaqət və Sosial Məsuliyyətin Nümunəsi – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri Məhərrəm Şəfiyevin İdarəçilik Fəlsəfəsi
00:14 / 13-02-2026
Şamaxının İnkişafında və Cəmiyyətin Hər Tərəfli Dəstəyində Tahir Məmmədovun Misilsiz Əməyi
00:11 / 13-02-2026
Nəsimi MKTB 23 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin Rəhbəri Yasin Əlquliyev: Vətənə və İctimaiyyətə Həmişə Xidmətdə
00:08 / 13-02-2026
Gülşən Cəfərova: ABŞ-Azərbaycan - qarşılıqlı faydalı əməkdaşlıqdan strateji tərəfdaşlığa
00:05 / 13-02-2026
Yollarda Qanunun Keşikçisi və Dövlətə Sədaqətin Siması – Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin Rəisi, Polis Mayoru Ruslan Rəhimov
00:02 / 13-02-2026
Asayişin keşiyində dayanan idarəçilik nümunəsi – Sabunçuda təhlükəsizliyin və vətəndaş etimadının təminatçısı
00:00 / 13-02-2026
Xalqın Süfrəsinə Bərəkət Gətirən İdarəçilik Nümunəsi – Tofiq Hüseynovun “Sumqayıt Çörək” ASC-də Uğurlu Fəaliyyəti
23:57 / 12-02-2026
Təhsilin məsuliyyət yükünü ləyaqətlə daşıyan məktəb rəhbəri – Nizami Qasımzadənin nümunəvi idarəçilik yolu
21:01 / 30-01-2026
Emin Hüseynov: Milli İradənin və Qələbə Zəfərinin Lideri - İlham Əliyevin Tarixi Missiyası
23:26 / 25-01-2026
Eyvaz müəllim: Davosdan dünyaya verilən mesaj
23:14 / 25-01-2026
Şəhriyar müəllim: Uzaqgörən siyasət, real nəticələr
23:13 / 25-01-2026
Əfqan Xudaverdiyev: Suverenlik, təhlükəsizlik və inkişaf
23:11 / 25-01-2026
Elşad Abdullayev: Sülh və sabitlik ən böyük sərvətimizdir
23:09 / 25-01-2026
Enerji Təhlükəsizliyinin və Dövlətə Sədaqətin Siması: “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev və 2026 Perspektivləri
23:08 / 25-01-2026
Qaradağ Rayonunda Kommunal İdarəçiliyin Etibarlı Ünvanı
23:05 / 25-01-2026
Sabunçu Rayonunda Asayişin Təminatçısı: Cavid Muradovun Rəhbərliyi ilə Güvənli Gələcəyə Doğru
23:12 / 20-01-2026
Mətanət Məmmədova: Müstəqillik uğrunda
22:52 / 20-01-2026
Həsən müəllim: 20 Yanvar faciəsi - insanlıq əleyhinə cinayət və milli azadlıq salnaməsi
22:50 / 20-01-2026
Vüsal Hüseynov: Hüzn və şərəf günü
22:47 / 20-01-2026
Faiq Seyidov: Xalqın azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirən dönüş nöqtəsi
22:41 / 20-01-2026
Namizəd İsmayılov: Artıq tarixin gözünün içinə dimdik baxan duruşumuz var
22:37 / 20-01-2026
Fəxrəddin Abbasov: 20 Yanvar - Qanla Yazılan Qəhrəmanlıq Səhifəsi
Samir Babazadə: Mənalı və zəngin həyat yolu
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Samir Babazadədir.
Samir Babazadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Samir Babazadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Samir Babazadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Samir Babazadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Samir Babazadə - Akademik Zərifə xanım Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.
Bu gün Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.
Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdı və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoydu. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.
Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Respublika Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımovun fikrincə, Azərbaycan oftalmologiyasının dünya miqyasında tanınmasına məhz Zərifə xanım Əliyeva nail olmuşdu: “Məhz Zərifə xanım bu elm sahəsində həmkarlarımın günümüzdə də tələblərinə cavab verməyə çalışdıqları yüksək elmi-nəzəri meyarları müəyyən etmişdi”.
“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.
Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.
Dünya oftalmologiya elminin tanınmış simalarının Zərifə xanım Əliyeva haqqında bəzi fikirlərini xatırlatmaq yerinə düşər.
Akademik Arkadi Nesterov deyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər: “Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 1966-1986-cı illərdə direktoru olmuş Kseniya Trutneva yazırdı ki, Zərifə Əliyevanın apardığı tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir: “Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanıb, istehsalata tətbiq edilib”.
Professor, Əməkdar elm xadimi Nina Şulpina Zərifə xanımın bir alim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirdiyini söyləyirdi: “O, canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi. İnsani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir”.
Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər.
Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar bəxş edib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.
Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.
2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-04-2024, 12:24 Oxunub: 200
Bölməyə aid digər xəbərlər
26-04-2024, 11:38
Xeyriyyəşi iş adamı Rasim Ağcayev
24-04-2024, 14:24
Səyyaf Tağıyev hər zaman şəhid ailələrin yanındadır
23-04-2024, 12:16
Şəfalı əllər sahibi Dr.Arzuman Əsgərli
22-04-2024, 13:51
Dilşad Əmirovanın fəaliyyəti hər zaman göz önündədir