13:21 / 31-10-2024
Teyyub müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
13:05 / 15-10-2024
Ceyhun Qasımov: Liderlik nümunəsi
12:30 / 14-10-2024
Xəyallarınızdakı toy üçün mükəmməl məkan Ülvi şadlıq sarayı
11:59 / 11-10-2024
Tahir Məmmədov: Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...
10:25 / 11-10-2024
Akif Təvəkküloğlu: Gücümüz birliyimizdir
15:49 / 23-09-2024
Nizami Əliyev: Xalq-ordu-iqtidar birliyi böyük Qələbəni təmin etdi
13:27 / 20-09-2024
Məlikşah Topiyev: Hər qarışı bütövləşən Azərbaycan...
13:03 / 20-09-2024
Əlimirzə Şirinov: 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
10:42 / 20-09-2024
Dr.Ulviyya Murtuzayeva: Dünya hərb tarixinin mükəmməl örnəyi
19:51 / 16-09-2024
“ŞAHMALI” QUM-ÇINQIL YATAĞINDAN GECƏLƏR QANUNSUZ İSTİFADƏ OLUNUR- Nazirin nəzərinə
12:54 / 20-08-2024
Bəhruz Şirəliyev: Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
14:37 / 19-08-2024
Mehman Eminov: Müasir Azərbaycan qadınının real obrazı - Mehriban Əliyeva
13:05 / 19-08-2024
Elsevər Heydərov: XXI əsrin “qadın lider” obrazı - Mehriban xanım Əliyeva
18:49 / 14-08-2024
XALQA DÜŞMƏN KƏSİLƏN HAKİM....
14:34 / 09-08-2024
Güvən Santexnik Malları: Ölkədə №1
16:49 / 04-08-2024
AZƏRBAYCAN MÜASİR DÜNYADA: DEMOKRATİK İNKİŞAF YOLU VƏ TARİXİ NAİLİYYƏTLƏR
15:10 / 03-08-2024
Sabirabad rayonunda "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" mövzusunda tədbir keçirilib - FOTOLAR
18:51 / 16-07-2024
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
00:27 / 15-07-2024
Anar Tağıyev: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”
14:31 / 08-07-2024
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
01:46 / 27-06-2024
Fikrət Zeynalov: Azərbaycan xalqı öz ordusu ilə fəxr edir!
15:58 / 24-06-2024
Ayaz Hümbətov: Regionun ən qüdrətli ordusu
10:13 / 24-06-2024
İqdam Umudov: Ölkəmizin ərazi bütövlüyünün təminatçısı
16:00 / 21-06-2024
İrəvanın yeni siyasi kursu: SAHİBİNİ DƏYİŞİR... - FAKT BUDUR!
15:30 / 21-06-2024
Parisin Cənubi Qafqazdakı planları... - ALINMAYACAQ...
13:18 / 21-06-2024
Azərbaycan Aİ-ni qərəzli bəyanatlardan çəkinməyə çağırıb
13:14 / 21-06-2024
Cəbrayılda partlayış: Ölən və yaralananlar var
11:39 / 21-06-2024
Hava ilə bağlı əhaliyə qırmızı xəbərdarlıq edilib
11:29 / 21-06-2024
“Dondurmada aşkarlanan bakteriyadan insan komaya düşə bilər” - Həkimdən SENSASİON AÇIQLAMA
10:48 / 21-06-2024
Rəfail müəllim: Böyük Qayıdışa yol
10:22 / 21-06-2024
Moskvada qasırğa, 2 ölü, 35 yaralı - Fotolar
09:51 / 21-06-2024
Rayonlara leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
09:46 / 21-06-2024
AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun keçiriləcək
09:41 / 21-06-2024
Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?
09:37 / 21-06-2024
Blinken İlham Əliyevə zəng edib
09:31 / 21-06-2024
ABŞ-da da tacik ovu başlayır? – Ölkədə terror təhlükəsi elan olunub
09:25 / 21-06-2024
İstanbul bazası əsasında danışıqlara hazırıq - Putin
09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ceyhun Qasımov: Liderlik nümunəsi
Abşeron rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəisi Ceyhun Qasımov - 2003-cü il 15 oktyabr tarixi ölkəmizin və xalqımızın çağdaş tarixində silinməz izlər buraxan dinamik inkişaf dövrünün start nöqtəsi kimi milli təqvimimizə yazılıb. Respublikaya rəhbər seçildiyi gündən ötən 21 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu istiqamətlərdə reallaşdırılan strateji kursun səmərəliliyi müasir qloballaşma şəraitində dövlətlərin gücünü, beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirən başlıca amil kimi çıxış edir.
Müstəqil siyasət həyata keçirən dövlətlər beynəlxalq mövqelərini mütəmadi olaraq gücləndirir, dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olurlar. Bu kontekstdə Azərbaycanın təcrübəsi mütərəqqi nümunədir. Son 21 ilin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin yaratdığı potensial imkanları lazımınca dəyərləndirib və yeni çağırışlar fonunda daha da süsətlə inkişaf etdirib. 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan həm də nüfuzlu beynəlxalq qurumlarda yeni müstəqil dövlətin unikal inkişaf modelini təqdim edib. Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həm də ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib Azərbaycan, eyni zamanda vətəndaş rifahının təminatı istiqamətində güclü sosial siyasətə malikdir.
Bu dövr ərzində Azərbaycanın ən böyük uğuru, heç şübhəsiz, xalqın sonsuz etimadına güvənən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəliyi ilə 2020-ci ilin payızında cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində şanlı ordumuzun möhtəşəm tarixi Qələbəyə imza atmasıdır. Bu Zəfər ölkəmizin son 200 illik dövlətçilik tarixində əldə etdiyi ən böyük nailiyyət hesab olunur. Belə ki, beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Dövlət başçımız bu əlamətdar hadisəyə münasibətini açıqlayarkən demişdir: “Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”.
Müasir standartlar səviyyəsində dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələri bu gün daha qüvvətli, daha modern və çevik bir güc mənbəyinə çevrilib. Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə döyüş bayrağının təqdimetmə mərasimində çıxışı zamanı demişdir: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır”.
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Ölkə rəhbəri burada çıxışı zamanı isə sözügedən sahəyə xüsusi diqqət ayıraraq əsas prioritetlər sırasında, ilk növbədə ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı məsələlərini göstərib. Bu da səbəbsiz deyil. Cənab İlham Əliyev bildirib ki, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.
İslahatçı Lider kimi və sözlə əməlin vəhdətini ictimaiyyətə uğurla təqdim edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramları, uğurlu neft-qaz strategiyası, təbii sərvətlərimizin insan amili baxımından optimal şəkildə dəyərləndirilməsi, bu imkanlardan ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi üçün maksimum istifadə olunması son nəticədə xalqın daim artmaqda olan rifahını şərtləndirən amillərdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Avropa üçün önəmi xeyli dərəcədə gücləndirib.
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər. Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Digər tərəfdən isə Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir. Ötən ildən etibarən bu istiqamətdə vacib işlər görülüb, bir sıra Avropa dövlətləri ilə müvafiq sazişlər imzalanıb. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialından da səmərəli istifadə olunacaq. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir.
Regionun siyasi-iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ölkəmizin sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür. Azərbaycan Hərəkata sədrliyi dövründə COVID-19 pandemiyası ilə mübarizədə yaranmış təhlükələrə qarşı vaxtında və təsirli tədbirlər həyata keçirmişdir. Ölkəmiz bu istiqamətdə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü bir sıra dəyərli təşəbbüslərə müəlliflik etmişdir.
Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2 illiyə (2012–2013) qeyri-daimi üzvü seçilmişdir. Ölkəmiz 2015-ci ildə baş tutan Birinci Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmişdir. Şaxələndirilmiş və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu gün bütövlükdə Avrasiya məkanında bir çox beynəlxalq təşkilatların işində uğurlu və məhsuldar fəaliyyəti ilə seçilir. BMT, Avropa İttifaqı, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlarda respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.
Məhz bunun sayəsində, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü və ötən ilin sentyabr ayında Qarabağ da daxil olmaqla bütün ölkə ərazisində suverenliyimizi tam şəkildə bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, çox sayda nüfuzlu dövlətlər qalib dövlətimizə ciddi maraq göstərir, tərəfdaşlıq etmək istəklərini ortaya qoyurlar.
Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Məlum olduğu kimi, ölkəmiz rəsmi olaraq bu kluba qoşulmaq üçün müraciət edib. 2006-cı ildə yaradılan BRICS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi blok olaraq onun əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin 4.5-ci bəndində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Bu məsələ Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da mətbuata bəyanatında da öz ifadəsini tapıb və üzv dövlətlərin liderlərinin bu il oktyabrın 22-24-də Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək sammitinin gündəliyinə salınması nəzərdə tutulub.
Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi barədə yekdil rəy beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Məntiqlidir ki, bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik etməsi bu qərarın qəbul edilməsində əhəmiyyətli rol oynamışdır. Digər baximdan bu, həm də Azərbaycan rəhbərliyinin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. COP29-da dünyanın hər bir nöqtəsini təmsil edən 70 mindən yuxarı qonağın iştirakı proqnozlaşdırılır ki, bu da tədbirin misli görünməmiş qlobqal miqyasını təsəvvür etməyə imkan verir.
Ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Bölgədə yaranməş yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin mütərəqqi təşəbbüsləri və praqmatik siyasi addımları bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına ümidləri artırır. Bu baxımdan Cənubi Qafqazın lideri olan Azərbaycanın bundan sonra da regionun sülh və əmin-amanlıq məkanına çevrilməsinə və tərəqqisinə daha mühüm töhfələr verəcəyi şübhəsizdir. Bütün bunlar isə beynəlxalq müstəvidə ölkəmizin rolunun və Prezident İlham Əliyevin nüfuzunun daha da artdığını bir daha təsdiqləyir.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-10-2024, 13:05 Oxunub: 39
Bölməyə aid digər xəbərlər
13-06-2024, 09:57
Nazim müəllim: Zəfər tariximizin başlanğıcı
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
14-12-2023, 13:08
Şahin Kazımov: Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman ehtiram və minnətdarlıqla yad edir
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!