23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
22:47 / 16-03-2026
Şəhər nəqliyyatının inkişafına töhfə verən məsuliyyətli rəhbər – Faiq Seyidovun fəaliyyəti
23:54 / 13-03-2026
Hüseyn müəllim: Siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik
23:45 / 13-03-2026
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının İnkişafında Vidadi Rəhimovun Fədakar İdarəçi
23:42 / 13-03-2026
Bərdə Bazarlarının İnkişafına Həyat verən Zülfi Tağıyev - Vətəndaşlara Sadiq və Dövlətçiliyi ilə Sevilən Rəhbər
23:40 / 13-03-2026
Şəkidə asayişin keşiyində duran prinsipial rəhbər – Polkovnik Elnur Həsənov
23:36 / 13-03-2026
Təhsildə Ən Yüksək Standartların Simvolu: Azad Dibirovun Balakən Peşə Məktəbində Fədakar Rəhbərliyi
22:45 / 13-03-2026
Tahir Abbasov: Azərbaycan qlobal siyasi proseslərdə fəal mövqe tutur
00:27 / 11-03-2026
Vaqif Müslümov: Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayət
00:22 / 11-03-2026
Cəzaçəkmə Müəssisələrinin İdarəçiliyində Mükəmməl Nümunə: Şakir Qəniyevin Dövlətçilik Missiyası
00:16 / 11-03-2026
Beyləqan Rayon Bazarının İdarəçiliyində Xəqani Əhmədovun Fədakar Liderliyi və Dövlətə Sadiqliyi
00:12 / 11-03-2026
Peşə təhsilinin inkişafına xidmət edən rəhbər: Gədəbəy Peşə Məktəbinin direktoru Əlviz Gülməmmədov
00:09 / 11-03-2026
Şəhər təsərrüfatının inkişafında məsuliyyətli idarəçilik nümunəsi – Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov
00:05 / 11-03-2026
Təhsilin inkişafına və müəllim nüfuzunun qorunmasına həsr olunmuş həyat yolu — Niyazi Nəcəfov
00:22 / 21-02-2026
Elşad Abdullayev: Xocalı Soyqırımının Ağrısı və Qələbənin Qüruru: Doğma Torpağa Dönüşün İlk Addımları
00:20 / 21-02-2026
Sərxan İsmayilov: “Xocalı Qayıdır - 2026-cı ildə Vətənə Dönüş və Soyqırımın Unudulmaz Xatirəsi”
00:13 / 21-02-2026
Malik Mirzəyev: Xocalıya Qayıdışın Zəfər Salnaməsi – Tarixi Ədalətin Bərpası və Doğma Torpaqlara Dönüşün Böyük Qayıdışı
00:05 / 21-02-2026
Milli Sağlamlıq Xidmətində Fədakarlığa Həsr Olunmuş Neyrocərrah: Dr. Afər Allahverdiyev
00:03 / 21-02-2026
Vətən Sağlamlığının Qoruyucusu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sahib Hüseynovun Fəaliyyəti
23:58 / 20-02-2026
Şəhər Nəqliyyatının İnkişafında Qətiyyətli Lider: Faiq Seyidovun Fədakar Səyahəti
23:54 / 20-02-2026
102 Saylı Şəhər Marşrutunun İdarəçilikdə Nümunəvi Rəhbəri - Yusif Hüseynovun İctimai və Peşəkar Fəaliyyəti
Nizami Əliyev: Xalq-ordu-iqtidar birliyi böyük Qələbəni təmin etdi

Qaradağ Şadlıq Sarayının sahibi Nizami Əliyev - 27 sentyabr Anım Günü ərəfəsindəyik. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər bir azərbaycanlını qürurlandıran tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsinin qəhrəmanlarının həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.
Vətən müharibəsində Qələbə münasibətilə orden və medallar təsis edilib. Yeni orden və medallar Qələbənin əbədiləşdirilməsinin və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Bütün şəhid ailələrinə, qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması nəzərdə tutulur. 2021-ci ildə 27 Sentyabr - Anım Günündə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimi keçirildi.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında Prezident, Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu ərazisində açıq səma altında yaradılan Qənimətlər Parkını qeyd edə bilərik. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və ordumuzun gücünü göstərir. Bu parkı ziyarət edən hər kəs ordumuzun qəhrəmanlığını aydın şəkildə görür. Burada 300-dən çox hərbi eksponat mövcuddur. Parka qədəm qoyan insanı ilk olaraq ermənilərin məhv edilmiş hərbi yük maşınlarının nömrələrindən ibarət lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır. Lövhənin üzərində 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Bu park Azərbaycan Ordusunun gücünü, Ermənistanın 30 il qurub yaratdığı istehkamları necə qəhrəmancasına yarıb keçdiyini və bu tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru indiki və gələcək nəsillərə çatdıracaq. Şanlı Qələbəmiz milli iradə, milli ruh və ləyaqət təntənəsidir. Azərbaycan xalqı şanlı ordumuzun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi.
Bu birlik ötən ilin 19 sentyabr tarixində başlanan və bir gün davam edən lokal xarakterli antiterror tədbirlərində də özünü aydın şəkildə nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il və 20 sentyabr 2024-cü il tarixli sərəncamlarına uyğun olaraq 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, eyni zamanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlətimizin başçısı bu tarixlərdə Ağdam, Xankəndi və Şuşa şəhərlərində oldu, Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək müəllim və tələbə heyəti ilə görüşdü. Açılışın məhz bu tarixdə keçirilməsinin öz rəmzi mənası olduğu aydındır.
Cənab İlham Əliyev sözügedən görüşdə bu addımı belə əsaslandırdı ki, bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və ötən ilin noyabr ayında bununla bağlı müvafiq Sərəncam imzalandı. Artıq bura üçüncü gəlişinin oduğunu bildirən cənab İlham Əliyev vurğuladı ki, bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Bina yenidən quruldu. Bu bina Sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı. Gələcək illərdə, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. Yüksək bal toplayan tələbələr görüşdə iştirak edirlər. Müəllim heyəti də formalaşdı. Qarabağ Universiteti aparıcı ali məktəblərdən birinə çevriləcək. Bunu etmək üçün bütün imkanlar var...
Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayacağıq.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2024, 15:49 Oxunub: 261
Bölməyə aid digər xəbərlər
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi