09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
İNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR

Azərbaycan Respublikası-millətinin fədaisi olan,onun tərəqqisi,firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil.Hələ ötən əsrdən iki örnək yada salaq:Hacı Zeynalabdin Tağıyevin,Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir.Birini də xatırlatmaq yerinə düşər:XXəsrin əvvəllərində həkim işləmiş,sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram,amma çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün hələ də insanların,cəmiyyətin,dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var.Dünyamıza torpaq,ərazi iddialarından çox mərhəmət lazımdır,özü də hava,su kimi.Nə yaxşı,hələ də narahat dünyamızda belə insanlar az da olsa var!Yer üzü onların çiyinlərində saxlayır müvazinətini!Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi.Sağlığında bu mərtəbəyə qalxanlar,qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır.Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda,dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir.Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir.Bəli,budur əsil qəhrəmanlıq! 

Jurnalımızın bu sayında haqqında bəhs edəcəyim insan da yuxusu qaçan dünyamızın,daim qorxu,səksəkə içində olan zəmanəmizin əsil qəhrəmanlarındandır. 

O,vətənpərvər el oğludur.Onun ən böyük arzusu insanların rahat,firavan yaşayışı,əmin-

amanlığıdır.Onun üçün insan amili hər şeydən öndədir.O,Böyük Allahın yaratdıqlarına

hörmətlə yanaşır.Bu cür görən bu cür düşünən insandan isə pislik gözlənilməz.

O,qürur duyulası,yüksək mənəviyyatı ilə seçilən el ağsaqqalıdır.O evdə ki,böyük,ağsaqqal nəfəsi var,o evdə xeyir-bərəkət,firavanlıq var.O eldə ki, ağsaqqal nəsihəti var,o eldə hörmət,ehtiram,bir-birinə inam,etibar var.

Bəli,ağsaqqala hörmət bizim hər birimizin mənəvi borcumuzdur.Böyük sözündən çıxan böyüyün üzünə ağ olan xeyir tapmaz,deyib,ata-babalarımız.Bu gün mən sizə haqqında söz açacağım insanı böyükdən-kiçiyə hamı yaxşı tanıyır,ona böyük hörmət və ehtiramla yanaşır.Bütün ömrünü zəhmətə bağlayan,çalışmaqdan yorulmayan dəyərli insan Azəriqaz İstehsalat Birliyinin Baş Direktorunun Əsaslı Tikinti Üzrə Müavini Ramil İsgəndərovdur.Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur.Atalar demiş,xoşbəxt o insandır ki,Allah-dünyasından yox, axirətindən pay ayırır.Ramil İsgəndərov məhz belə insanlardandır,desək,yanılmarıq. Xeyirxah,alicənab,əsil vətənpərvər insandır Ramil müəllim.O,insanlara həm mənəvi,həm də maddi dayaqdır.Uşaqla uşaq,böyüklə böyükdür.Onun saysız–hesabsız xeyirxahlıqları onu tanıyan insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.Həyatda da məhz belə insanlar ucalırlar.Insanlara dayaq olmaq Tanrı buyruğudur.Ramil İsgəndərov Tanrı səltənətinə ucalmış bir insan olmaqla bərabər,həm də doğulub boya-başa çatdığı el-obası üçün əzizdir.Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər:təvazökardır,sadə və təmkinlidir,əsil iman əhlidir,sözü ilə əməli bir olan insandır. 

Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir,dəyərli insanı,xeyirxah əməl sahibini Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir,sağlıqlı uzun ömür diləyir,Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə,xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayıram.   

Xeyirxahlıq daima başınızın tacı olsun,Ramil müəllim.

                                                                                                    

 


Tarix: 16-12-2022, 08:30 Oxunub: 143


Bölməyə aid digər xəbərlər