09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
İNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR


Azərbaycan Respublikası - millətinin  fədaisi olan, onun tərəqqisi, firavanlığı  naminə  qeyrət göstərən  soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbəroğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra  evlərə – kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış...

 

Mən hər zaman ruhən, mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram, amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də  insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza hər cür siyasi oyunlardan, hakimiyyət davasından, torpaq, ərazi iddialarından, ayrı - ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır, özü də hava, su kimi.

Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların  üzünə  bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların  beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir. Bəli, budur əsil qəhrəmanlıq! 

  Həyatda yaxşı adamlarla qarşılaşanda onun varlığına sevinir, ürəkdən  şad oluruq. Yaxşı olmaq isə hamıya  müyəssər olan   səadət deyil. Çünki çoxumuzun qəlbində özümüzə və özümüzünkülərə sevgi o qədər hədsizdir ki,başqalarını düşünmək yada düşmür. Əsil insan odur ki, başqaları onun əlindən, dilindən və əməlindən  ziyan   görməsin.

Elə yazımın əsas qəhrəmanı, el-obasının fəxri Adil Abış oğlu Əliyev  məhz belə insanlardandır.

    Dəyərli oxucular!

  Sizə qürurla haqqında bəhs edəcəyim insan da Azərbaycanımızın əsil qəhrəmanlarındandır. Gəlin onunla bağlı fikirlərimi sizinlə bölüşməzdən əvvəl onun keçdiyi şərəfli ömür yoluna nəzər salaq:

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir. 

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir. 

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) Adil Abış oğlu Əliyev "Polis əlaçısı" fəxri adı (2000), "İgidliyə görə" medalı (2005) və 20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Haqlı olaraq onu tanıyıb, sevən hər  kəs doğma millət vəkili adlandırırlar. Həqiqətən də elə insan yoxdur ki, onun xeyirxahlığını görməmiş, qayğıkeşliyindən bəhrələnməmiş olsun. Böyükdən kiçiyə qədər hər kəs onun diqqət mərkəzindədir, heç vaxt heç kimdən köməyini  əsirgəmir.    

  Hər birimizə yaxşı məlumdur ki, deputat öz fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanuna uyğun olaraq qurur. Bu direktiv sənədlərdə deputat tərəfindən seçicilərə maddi yardım göstərilməsi nəzərdə tutulmamasına baxmayaraq millət vəkili Adil Abış oğlu Əliyev ehtiyacı olan insanlara öz şəxsi vəsaiti hesabına maddi yardımlar göstərir  

Bu dəyərli insanın xeyirxahlığından nə qədər danışsaq, yenə də azdır. Onun fikrincə yüksək  intellektli, proqmatik  düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını bilən Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi dövlətdə millət vəkili kimi fəaliyyət göstərmək böyük şərəfdir.

 El-oba təəsübkeşi olan, qəlbi həmişə xalqla, Vətənlə birgə döyünən Adil Əliyev müstəqil və çiçəklənən Azərbaycanda demokratiyanın, iqtisadiyyatın inkişafı naminə əlindn gələni əsirgəmir. Nəcibliyi və xeyirxahlığı, imkansızlara  maddi və mənəvi dayaq olması onu elin gözündə daha da ucaldıb. 

   Bəli, ölkə parlamentində doğma  el-obasını, ona  etimad göstərmiş dəyərli seçicilərini layiqincə təmsil edən hörmətli millət vəkilimizin fəaliyyətini ona daha çox xas olan üç keyfiyyətlə xarakterizə etmək olar: vətənpərvərlik, işgüzarlıq və xeyirxahlığı ilə...

İşgüzarlığı Adil Abış oğlu Əliyevi  millət vəkili kimi nə  qədər ucaldırsa, vətənpərvərliyi və xeyirxahlığı onu millətsevər, xeyriyyəçi Vətən   övladı  kimi doğma xalqına, elinə-obasına bir o qədər də  sevdirir. Həqiqətən  insanlığın ali zirvəsinə ucalmaq hər  kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki,Allah dünyasından yox, axirətindən pay ayırır. Adil Əliyev də bu cür xüsusiyyətlərə malik bir insandır desəm, yanılmaram. 

Insanlara dayaq olmaq Tanrı buyruğudur. Adil Abış oğlu Əliyev də Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də doğulub boya - başa çatdığı el-oba üçün də əziz, dəyərlidir.   

Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və təmkinlidir, iman əhlidir, sözü ilə əməli bir olan insandır. 

  Mən də öz növbəmdə bu deyilənləri öz qələmimlə təsdiqləyir, vətənpərvərliyi, xeyirxah əməlləri ilə nəinki seçicilərinin, eyni zamanda köməyə ehtiyacı olan hər kəsin böyük hörmətini və sevgisini qazanan hörmətli millət vəkilimiz Adil Abış oğlu Əliyevi Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Uca Tanrıdan sağlıqlı uzun ömür, ailə səadəti arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız və dövlətimiz üçün gördüyü çətin və şərəfli işində müvəfəqiyyətlər diləyirəm. 

  

 

 

 

 


Tarix: 20-12-2022, 08:30 Oxunub: 230


Bölməyə aid digər xəbərlər