21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Ziyəddin Quliyev: Qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin

"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə bir daha diqqəti 44 günlük Vətən müharibəsinə yönəldərək bildirdi ki, bu, şanlı tariximizdir. Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atdı. Cənab İlham Əliyev Vətən müharibəsinin gedişi dövrünün reallıqları fonunda bu məqamı da xüsusi vurğuladı: “O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”

Dövlətimizin başçısı müharibənin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələr verərək Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Ölkə Prezidenti çıxışında həmin müsahibələrin birində qeyd etdiyi bu fikrə də diqqəti yönəltdi. Bildirdi ki, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.
Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edirik. Dövlətimizin başçısı müharibənin gedişi dövründə verdiyi müsahibələrin hər birində şanlı Qələbəmizə inanımını ölkəmizin postmünaqişə dövründə hansı hədəflərə doğru irəliləyəcəyini, ölkəmizin gələcəyini necə gördüyünü açıqlamaqla ifadə edirdi. Çünki Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanında olub və bütün məsələlərin bu prinsiplər əsasında həll edilməsinə səy göstərib. 30 illik işğal dövründə ölkəmiz dünya güclərindən ədalət gözlədi. Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələdən də bəhs etdi. Vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.”
Bütün şəhər və kəndlərimizin vandallar tərəfindən dağıdıldığını bildirən cənab İlham Əliyev bu reallığı da qeyd etdi ki, bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”
Dövlət başçısı İlham Əliyev Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında da “Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-05-2024, 12:04 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
28-04-2023, 12:42
Şirvan şəhərində silsilə tədbirlər davam edir
8-05-2021, 10:34
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan