13:21 / 31-10-2024
Teyyub müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
13:05 / 15-10-2024
Ceyhun Qasımov: Liderlik nümunəsi
12:30 / 14-10-2024
Xəyallarınızdakı toy üçün mükəmməl məkan Ülvi şadlıq sarayı
11:59 / 11-10-2024
Tahir Məmmədov: Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...
10:25 / 11-10-2024
Akif Təvəkküloğlu: Gücümüz birliyimizdir
15:49 / 23-09-2024
Nizami Əliyev: Xalq-ordu-iqtidar birliyi böyük Qələbəni təmin etdi
13:27 / 20-09-2024
Məlikşah Topiyev: Hər qarışı bütövləşən Azərbaycan...
13:03 / 20-09-2024
Əlimirzə Şirinov: 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
10:42 / 20-09-2024
Dr.Ulviyya Murtuzayeva: Dünya hərb tarixinin mükəmməl örnəyi
19:51 / 16-09-2024
“ŞAHMALI” QUM-ÇINQIL YATAĞINDAN GECƏLƏR QANUNSUZ İSTİFADƏ OLUNUR- Nazirin nəzərinə
12:54 / 20-08-2024
Bəhruz Şirəliyev: Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
14:37 / 19-08-2024
Mehman Eminov: Müasir Azərbaycan qadınının real obrazı - Mehriban Əliyeva
13:05 / 19-08-2024
Elsevər Heydərov: XXI əsrin “qadın lider” obrazı - Mehriban xanım Əliyeva
18:49 / 14-08-2024
XALQA DÜŞMƏN KƏSİLƏN HAKİM....
14:34 / 09-08-2024
Güvən Santexnik Malları: Ölkədə №1
16:49 / 04-08-2024
AZƏRBAYCAN MÜASİR DÜNYADA: DEMOKRATİK İNKİŞAF YOLU VƏ TARİXİ NAİLİYYƏTLƏR
15:10 / 03-08-2024
Sabirabad rayonunda "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" mövzusunda tədbir keçirilib - FOTOLAR
18:51 / 16-07-2024
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
00:27 / 15-07-2024
Anar Tağıyev: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”
14:31 / 08-07-2024
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
01:46 / 27-06-2024
Fikrət Zeynalov: Azərbaycan xalqı öz ordusu ilə fəxr edir!
15:58 / 24-06-2024
Ayaz Hümbətov: Regionun ən qüdrətli ordusu
10:13 / 24-06-2024
İqdam Umudov: Ölkəmizin ərazi bütövlüyünün təminatçısı
16:00 / 21-06-2024
İrəvanın yeni siyasi kursu: SAHİBİNİ DƏYİŞİR... - FAKT BUDUR!
15:30 / 21-06-2024
Parisin Cənubi Qafqazdakı planları... - ALINMAYACAQ...
13:18 / 21-06-2024
Azərbaycan Aİ-ni qərəzli bəyanatlardan çəkinməyə çağırıb
13:14 / 21-06-2024
Cəbrayılda partlayış: Ölən və yaralananlar var
11:39 / 21-06-2024
Hava ilə bağlı əhaliyə qırmızı xəbərdarlıq edilib
11:29 / 21-06-2024
“Dondurmada aşkarlanan bakteriyadan insan komaya düşə bilər” - Həkimdən SENSASİON AÇIQLAMA
10:48 / 21-06-2024
Rəfail müəllim: Böyük Qayıdışa yol
10:22 / 21-06-2024
Moskvada qasırğa, 2 ölü, 35 yaralı - Fotolar
09:51 / 21-06-2024
Rayonlara leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
09:46 / 21-06-2024
AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun keçiriləcək
09:41 / 21-06-2024
Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?
09:37 / 21-06-2024
Blinken İlham Əliyevə zəng edib
09:31 / 21-06-2024
ABŞ-da da tacik ovu başlayır? – Ölkədə terror təhlükəsi elan olunub
09:25 / 21-06-2024
İstanbul bazası əsasında danışıqlara hazırıq - Putin
09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Cəsarət Qasımov: Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Vətən müharibəsində tarixi Zəfərdən sonra Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bu il ilk dəfədir ki, faciənin qurbanlarını azadlığına qovuşan Xocalıda anırıq. Hər zaman anmalıyıq da. Çünki illər, əsrlər sonra belə düşmənin Xocalıda törətdiyi soyqırımı unudulmayacaq.
Qeyd edək ki, Xalqımız uzun illər ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq tarixi torpaqlarından qovulub, məcburi köçkünə və qaçqına çevrilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi müsibətlərin ən dəhşətlisi Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi həkk olundu. O gecə Xocalı dəhşət yaşadı. Ermənistan silahlı birləşmələri və sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən məqsədyönlü şəkildə törədilən bu soyqırımı keçmiş Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə həyata keçirilən kütləvi qırğınlardan biridir. Azğınlaşmış ermənilər həmin gecə azərbaycanlılara qarşı soyqırımı törədərək əsl simalarını bütün bəşəriyyətə göstərdilər. Əvvəlcədən düşünülmüş bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, dinc sakinlərə amansızcasına divan tutuldu. Xocalını işğal etməklə Ermənistan Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyü və əlverişli imkanları təmin etmək məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər ermənilərin ərazi iddialarını puça çıxardığından onlar Xocalını yer üzündən silmək məqsədi güdürdülər. Xocalı soyqırımı münaqişənin ən qanlı və genişmiqyaslı qırğını olmasına baxmayaraq, bu yeganə hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq planına xidmət etmişdir. Beləliklə, Xocalı şəhəri tam mühasirəyə alınmış, faciənin baş verməsi qarşısıalınmaz bir prosesə çevrilmişdi. Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Xocalı soyqırımı Ermənistan tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Belə ki, bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Baş verən hadisəni ilk olaraq lentin yaddaşına köçürən, Milli Qəhrəman Çingiz Mustafayev oldu. Həmin Ç.Mustafayev ki, Xocalıda törədilən vəhşilikləri lentə almaqla sağlığında özünə qəhrəmanlıq abidəsi ucaltmışdı. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək ürəyimizi sızladır. Bu yara hələ sağalmayıb. Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və ulu öndərin rəhbərliyi ilə bu faciəyə düzgün hüquqi-siyasi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin Sərəncamı ilə 26 fevral Xocalı Faciəsi Günü elan edildi. Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adıçəkilən fərman beynəlxalq insan haqları haqqında aktlar, BMT Nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır. Hüququn tələblərində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş dəhşətli cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. Beynəlxalq hüquq normalarına görə, soyqırımı cinayəti törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması labüddür. Ümummilli liderimiz Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyev də Xocalı faciəsinin beynəlxalq miqyasda birmənalı şəkildə soyqırımı aktı kimi tanınması üçün əlindən gələni edir. Ölkə başçısının "...düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər" - fikirləri və bu amalın daha uğurla reallaşması istiqamətindəki ardıcıl və qətiyyətli fəaliyyəti qeyd etdiyimiz fikri bir daha təsdiq etmiş olur. Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissilə qeyd etmək lazımdır. Məhz Fondun fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Artıq İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişdir. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışdır. Habelə ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Ümummilli lider Heydər Əliyev bu hadisə ilə bağlı deyib: "Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır".
Bu gün böyük qürur hissilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-02-2024, 13:25 Oxunub: 120
Bölməyə aid digər xəbərlər
24-02-2024, 10:52
Xocalı Soyqırımı
3-06-2023, 12:15
Bakıda “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda konfrans keçirilib- FOTOLAR
30-03-2021, 12:00
Samirə xanım Əkbərova çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur