10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
YAXŞILIQ ETDİKCƏ İNSAN ÖZÜ DƏ SAFLAŞIR, KAMİLLƏŞİR


İnsan həyatda yaşayaraq iki iz qoyub getmiş olur:yaxşılıq, ya da pislik.
“Pislik etməyə nə var ki” –demiş aqillər. Bəli, şərt odur ki,yaxşılıq edəsən, özündən sonra da səni yaxşılardan biri kimi xatırlasınlar, yad etsinlər. Yaxşılıq etdikcə, insan özü də saflaşır, kamilləşir.Kamil insanın xeyirxahlığı, nəcib xüsusiyyətləri də onun özündə öz əksini tapır.Atalar nahaq yerə deməmişlər ki, Allah adamın daxilini bilib, xaricini, yəni, xarici görkəmini verir. İndiki bu çətin şəraitdə kiməsə əl tutmaq, maddi və mənəvi cəhətdən kömək etmək, şəhid ailələrinin dərdini çəkmək, qazilərimizin ağrı-acısını duymaq hər kişinin işi deyildir.
 Müdrik insanların şəxsiyyəti həmişə tarixin ucalığında boy verir. Orada həyat üçün zəruri olan bir müdriklik çağlayır. O müdriklik ki,keşməkeşli, əzablı yollardan keçib.
 Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir. Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar. Belə insanlardan biri də öz xeyirxah əməlləri ilə ürəklərə yol tapan xeyriyyəçi  “Qax Mineral Su” –İlham firmasının direktoru Camal Muxtarovdur. 
 Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah dünyasından yox, axirətindən pay ayırır. Camal Muxtarov da belə insanlardandır.
Xeyirxah, vətənpərvər insandır Camal müəllim. O, insanlara həm mənəvi , həm də maddi dayaqdır. Onun saysız-hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalır.
İnsanlara dayaq olmaq Tanrı buyruğudur. Camal müəllim Tanrı səltənətinə ucalmış bir insan olmaqla,həm də yaşadığı el-oba üçün əzizdir. 
Haqqında bəhs etdiyim insanı tanıyan hər kəs haqqında əsil iman əhlidir, sadə və təmkinlidir, sözü ilə əməli bir olan insandır kimi xoş sözlər deyir. Biz də deyilənləri öz sözlərimizlə təsdiqləyirik. 
Müdrik insanların şəxsiyyəti həmişə tarixin ucalığında boy verir. Orada bir müdriklik çağlayır, həyat üçün zəruri olan bir müdriklik. O müdriklik ki, oddan-alovdan, keşməkeşli yollardan keçib.
Camal Muxtarov dünyanın qanunauyğunluqlarında bir ahəngdarlıq görsə də, sonunda yenə də ümidə can atan, insanlığı yaşadacaq bir qüvvə görür. 
İnsanın qoyduğu izlər, yaşadığı xarüqələr işığını əbədiyaşarlığa aparan amallar sahibi müdrik insan elə özü bir dünyadır.
 Bəli, əbədi ömrü olan insan özü bir dünyadır. 
 


Tarix: 20-12-2022, 10:00 Oxunub: 177


Bölməyə aid digər xəbərlər