21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Ramiz Hümmətov: Düşünülmüş siyasətin təzahürü

31№-li Dövlət notariat kontorunun müdiri Ramiz Hümmətov - “Dövlət başçısı İlham Əliyev iyulun 20-də Füzuli və Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etdi. Bu mühüm addım bir daha təsdiqlədi ki, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin sosial-iqtisadi inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış oldu, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinin ümumi mənzərəsində bərpa-quruculuq işlərinin müasir tələblər səviyyəsində sürətlə həyata keçirildiyi özünün aydın ifadəsini tapdı. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Belə ki, diqqət yetirsək yol infrastrukturunun çox qısa zamanda yeniləndiyini, bərpa edildiyini görərik. Yeni avtomobil, dəmir yolunun çəkilişi, hava limanlarının tikintisi diqqətdən kənarda qala bilməz. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yol-nəqliyyat infrastruktunun bərpasına yönələn addımlarla yadda qalır. Füzuli rayonundan Qarabağın tacı Şuşaya çəkilən Zəfər yolu çox qısa zamanda istifadəyə verildi. Bu yol, eyni zamanda, böyük rəmzi məna daşıyır. Dünyaya səs salan və dastana çevrilən Şuşa əməliyyatına aparan bu yol şanlı Zəfərimizin təqdimatıdır. 2020-ci ildə cənab İlham Əliyev, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının səfəri çərçivəsində tikinti işləri ilə tanışlıq zamanı məlumat verildi ki, yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.”
Ümumiyyətlə, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq.”
İrəli sürülən təşəbbüslərin reallığa çevrilməsində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Əlverişli biznes mühitinin yaradılması ilə bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığı möhkəmləndirilir: “Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirmək kifayətdir. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir.”
Dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha belə bir reallığı diqqətə çatdırdı ki, qazanılan uğurlar düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-07-2023, 13:15 Oxunub: 127
Bölməyə aid digər xəbərlər
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!