21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Dilarə Mövlayeva: Qeyri-neft sektorunun inkişafı əsas hədəfdir
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - Azərbaycan iqtisadi imkanları ilə daim dünyanın diqqətində olur. Yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar bütün dövrlər üçün diqqətdə olmağını şərtləndirən mühüm faktordur. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərəni müşahidə edirik. Çünki o illərdə ölkəmizdə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildən, yəni Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal biznes mühitinin mövcudluğu ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü dedi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, gələcəyinə inamı artırdı.
Təbii ki, bütün bu uğurlar Azərbaycanın 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması üçün atdığı addımların davamlılığına stimul verdi. Cənab İlham Əliyev 2003-cü ildə bu hədəfi qarşıya qoyaraq, regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf Proqramlarını təsdiqlədi və icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrə səfər edir. Bu gün böyük əminlik hissi ilə qeyd edirik ki, görülən işlərin nəticəsində cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı artıq reallıqdır. Qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri addımlar atılır. Hər bir bölgənin inkişafında infrastruktur layihələrinin uğurlu icrasını nəzərə alsaq Azərbaycanın bu sahədə qazandığı uğurların miqyasının nə qədər böyük olduğunu görərik.
Cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təmlqoyma mərasimində iştirak etdi. Dövlət başçısı mərasimdəki çıxışında bir daha bugünədək həyata keçirilən infrastrtuktur layihələrinin icrasından və qarşıda dayanan hədəflərdən geniş bəhs edərək bu reallığı xüsusi vurğuladı ki, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.
“Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq. Bu, suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Bu layihə ilə bu sahəyə yeni nəfəs gətirilir. Eyni zamanda, Qarabağ kanalının da inşası ilə əlaqədar Sərəncam imzalanıb. Texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Qarabağ kanalının inşasına gələn ildən başlanılacaq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Əhatə etdiyi rayonların sayı 9-a bərabərdir. Yəni, 10 rayon Şirvan kanalı, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.
Atılan addımlar bir daha ölkəmizin gələcək inkişafının əsas istiqamətləri barədə aydın təsəvvür yaradır. Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bunlar qarşıya qoyulan əsas hədəflərdir. Azərbaycanın son 20 ildən artıq dövrdə 1993-2003-cü illərdə yaradılan möhkəm təmələ əsaslanaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Bu günümüzün iqtisadi göstəriciləri də dövlətimizin iqtisadi siyasətinin düzgün müəyyənləşdirildiyini, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulduğunu təsdiqləyir.
Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimində azad Qarabağın və Şərqi Zəngəzurun da mövcud iqtisadi imkanlarından geniş bəhs edərək bildirdi ki, ən müasir texnologiyaların tətbiqi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.
İqtisadi siyasətimizin əsas prioritetlərindən biri idxaldan asılılığın azaldılmasıdır. Görülən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər bu hədəfə də zamanında və yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması daim yeni layihələrin gündəmə gətirilməsini bir zərurətə çevirir. Dövlət başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək: “Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”
Bölməyə aid digər xəbərlər

Tarix: 18-04-2024, 13:20 Oxunub: 190
Bölməyə aid digər xəbərlər
15-12-2023, 10:43
Kərim Tahirov: Əbədiyaşar Lider
14-12-2023, 12:29
Hafiz Kərimov: Xilaskar dövlət xadimi
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!
18-09-2020, 09:56
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb — FOTO