10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Azərbaycanda adı cinayətdə hallanan bələdiyyə sədri işinə davam edir? - YENİLƏNİB

Adına cinayət işi açılan Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayevanın hələdə iş fəaliyyətini davam etdirdiyi iddia olunub.
Məsələ ilə bağlı bələdiyyədən Baku TV-yə bildirilib ki, S.Atayeva səhər saatlarında işdə olub.
Qeyd edək ki, S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərin birində direktor müavini vəzifəsində çalışır.
Xatırladaq ki, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
Daha ətraflı Baku TV-nin süjetində:

13:20
Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan  vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Tarix: 18-07-2023, 20:45 Oxunub: 129


Bölməyə aid digər xəbərlər