21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Fuad Hacıyev: Verilən bütün vədlər uğurla yerinə yetirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - “Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdi. Azərbaycanın regional inkişafda əldə etdiyi uğurlar nəticəsində bölgələrimiz ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir.
Bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Hər bir Dövlət Proqramında nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olunması yeni sənədin qəbulunu bir zərurətə çevirmişdir. Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda yeni hədəflər müəyyənləşdirilib və onlara nail olmaq üçün mühüm addımlar atılır. Bu gün qürurla işğaldan azad edilmiş əraziləimizin bərpasından və yenidən qurulmasından, burada soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edirik. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.”
Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır: “Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.”
Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi prioritetlər sırasındadır: “Bölgələr arasında ixtisaslaşmanın aparılması, onların malik olduqları resurslardan istifadəni təmin etmək üçün həmin sahə ilə bağlı Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələyə xüsusi diqqət göstərilir. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi də bunun bariz nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu reallığı xüsusi qeyd etdi: “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.”
Fuad Hacıyev hər bir layihənin iqtisadi inkişafımızın dayanıqlığının təmin edilməsində öz rolu olduğunu bildirib: “Prezident İlham Əliyev böyük inamla vurğuladı ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Bu layihənin icrası da tam təmin ediləcək. Üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”
Bölməyə aid digər xəbərlər

Tarix: 17-04-2024, 11:53 Oxunub: 357
Bölməyə aid digər xəbərlər
15-12-2023, 10:43
Kərim Tahirov: Əbədiyaşar Lider
14-12-2023, 12:29
Hafiz Kərimov: Xilaskar dövlət xadimi
18-10-2022, 11:32
Manaf Manafov: Tarix yazan güclü və qətiyyətli lider