10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
NƏ QƏDƏR AZƏRBAYCAN XALQI VAR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI, ƏMƏLLƏRİ YAŞAYACAQDIR


Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. O,nadir millətçilik təfəkkürü ilə müdrik, cəsarət, yenilməz siyasi iradə, alicənablıq kimi yüksək insani keyfiyyətlərin vəhdətini ehtiva edən qüdrətli dövlət xadimi idi. Onu olduğu kimi dərk etmək, anlamaq hər kəsə nəsib olan səadət deyil. Onun tarixi irsini, ilahi qüdrət və cazibəsinin sirrini öyrənmək üçün neçə-neçə institutlar, elmi mərkəzlər gərəkdir.
   Dahi Heydər Əliyev dünyasını dəyişərək qəlbimizdə bir kədər, qəm-qüssə yaratdı. Öz xalqına bəslədiyi sonsuz məhəbbət onu millətin gözündə əlçatmaz zirvəyə qaldırmışdı. Odur ki, böyük bir xalq bu ağır itki ilə barışa bilmir.Klivenddən sağlam qayıdıb təyyarənin pilləkəni üzərində gülümsəyərək doğma Azərbaycanı salamlayacağını gözləyirdik. Yaman darıxmışdıq əzəmətli görkəmi, nurani çöhrəsi, bənzərsiz təbəssümü üçün. Oğlu İlham Əliyevin nəcib, xetirxah əməllərindən qəlbinin qürur hissi ilə dolacağını gözləyirdik. Ömrü boyu istirahət bilmədən gecəli-gündüzlü çalışaraq qəsd etdiyi sağlamlığını nəvələrinin sevinc dolu pak təbəssümə bürünmüş çöhrəsinə, balaca Heydərin “baba” nidası qopan məsum dodaqlarına baxıb və müqəddəs bir ömrün ahıl çağında indiyə qədər çəkdiyi bütün ağrıları, əzab-əziyyətləri unudacağını gözləyirdik. Təəssüf ki, amansız ölüm buna imkan vermədi...
  Millətin qeyrətini, mənliyini, ləyaqətini uca tutan, bütün varlığı ilə yüksəklərə qaldıran Heydər Əliyevin ölçüyəgəlməz zəhmətinin, misilsiz xidmətlərinin qədir-qiymətini layiqincə vermək şərəfi nəsib olacaqmı bizə? 
Təkcə məmləkətin yox, bütün bəşər övladının dərd-sərini özünə yük eləyib, ona çarə axtarırdı Heydər Əliyev.
Kədərdən qıvrılan ucsuz-bucaqsız insan seli Tanrının hökmü ilə bütün millətlərin həsəd aparacağı, bəxtəvərlik verəcəyi ilahi bir nizama tabe olmuşdu. Dünya bu nizama xələl gətirməkdən qorxurmuş kimi nəfəs dərmədən nəzərlərini bizə zilləmişdi. Dünya məhvərindən qopmuşdu o gün. Bitib-tükənməyən tərçiçək yağışı, gəmilərin fit səsi, məğrur, əyilməz bir millətin övladları dünyaya ilahi bir tapşırıqla gəlmi, millətini ağrı-acılardan xilas etmək missiyasını şərəflə yerinə yetirmişulu öndəri, dahi şəxsiyyəti son mənzilə - Tanrı dərgahına yola salırdı. Qədirbilən xalq əlləri üstünə alaraq göz yaşları içində apardı Heydər Əliyevi.
   Sevərək yaşadı, sevilərək ayrıldı bu dünyadan Heydər Əliyev. Milyonların, miltardların iftixar və qüryr mənbəyi oldu. Ölümü ilə ölümsüzlüyə meydan oxudu, yaşayarkən şərəf və ləyaqət zirvəsini, ölərkən əbədiyyət zirvəsini fəth etdi Heydər Əliyev. Cismən canından artıq sevdiyi torpağa qovuşmaqla şərəfləndirdi bu torpağı. 
   Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının varlığı deməkdir. Nə qədər ki, Azərbaycan xalqı var, ulu öndərimiz  Heydər Əliyevin adı, əməlləri yaşayacaqdır.
   Təsəllimiz budur ki, dahi Heydər Əliyevin ölümü həyat qədər dəyərlidir. 
Və son olaraq qeyd etmək istəyirəm ki, dahi Heydər Əliyev yalnız cismani olaraq aramızda yoxdur, ruhu həmişə bizimlədir, Azərbaycan xalqı ilədir.

                                                                                    Lütvəli Şıxəliyev,

                                                                    YAP Saatlı rayonTəşkilatının sədri 

 

 

 


Tarix: 16-12-2022, 08:30 Oxunub: 85


Bölməyə aid digər xəbərlər