12:31 / 22-04-2024
Namizəd İsmayılov: Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
09:57 / 20-04-2024
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
13:20 / 18-04-2024
Dilarə Mövlayeva: Qeyri-neft sektorunun inkişafı əsas hədəfdir
11:56 / 17-04-2024
Mübariz müəllim: Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür
11:53 / 17-04-2024
Fuad Hacıyev: Verilən bütün vədlər uğurla yerinə yetirilir
11:08 / 08-04-2024
Binəqədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
10:54 / 08-04-2024
Xətai rayonunda şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olunub
09:44 / 08-04-2024
Baş redaktor: "Bu xəbər insanları çaşdırmaq üçün qəsdən yayılıb"
12:08 / 01-04-2024
Fərid Bağırov: Tarixi zəfərlərlə bütün şəhidlərimizin qisası alındı
01:38 / 29-03-2024
Süleyman Mikayılov: Bu gün öz tariximizə qayıdırıq
01:33 / 29-03-2024
Rəşad Umudov: Xalqın əyilməz ruhunun təntənəsi
13:02 / 18-03-2024
Həmid Həsənov: Tonqalımız Xankəndidə yanır
12:59 / 18-03-2024
Səyyaf Tağıyev: Azərbaycanın mədəniyyət paytaxtı Xankəndində qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir
13:52 / 28-02-2024
Hacı Ruslan Həsənovun qardaşı Mahmud Həsənov rəhmətə gedib - BAŞSAĞLIĞI
13:25 / 27-02-2024
Cəsarət Qasımov: Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı
10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
10:49 / 24-02-2024
26 Fevral - Xocalı soyqırımı əsrin faciəsi
21:34 / 23-02-2024
Beynəlxalq Hüquq Eksperti, Zalov İmza TV- Alyansın rəhbəri, İsrail- Azərbaycan ŞAHDAĞ Təşkilatının, Azərbaycan üzrə rəsmi nümayəndəsi, İsmayıl Zalov medalla təltif olundu
21:12 / 23-02-2024
Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu.
10:13 / 22-02-2024
Şərəfli Peşə sahibi Psixoloq Aynur Aliyeva
12:52 / 20-02-2024
Bizim ailəmiz -Türk dünyasıdır- İlham Əliyev / FOTO-VİDEO
10:57 / 19-02-2024
Rəşad Musayev: Yeni mərhələdə Azərbaycanı yeni nailiyyətlər gözləyir
10:56 / 19-02-2024
Mahir Məmmədov: Yeni mərhələdə yeni hədəflərə doğru
16:58 / 16-02-2024
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
13:30 / 05-02-2024
Ağcabədi polisi əməliyyat keçirdi: 20 nəfər saxlandı - FOTO
13:24 / 05-02-2024
Pensiyalar nə qədər artırıldı?
13:19 / 05-02-2024
Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM
13:02 / 05-02-2024
Ziyəddin Quliyev: Xalq möhtəşəm uğurların davamına səs verəcək!
16:49 / 30-01-2024
Gültəkin Hacıbəylinin xalası oğlu Müqayis Verdiyev sahibkarlara qarşı külli miqdarda dələduzluq edib - VİDEO
13:01 / 08-01-2024
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafada abadlıq-quruculuq və əsaslı təmir işləri davam etdirilir
12:29 / 14-12-2023
Hafiz Kərimov: Xilaskar dövlət xadimi
10:29 / 14-12-2023
Hacı Salayev: Müstəsna xidmətlər
10:27 / 14-12-2023
Rəşad Musayev: Heydər Əliyev - Tarixin fenomenal şəxsiyyəti
13:15 / 21-07-2023
Ramiz Hümmətov: Düşünülmüş siyasətin təzahürü
22:16 / 20-07-2023
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
14:25 / 20-07-2023
Xalid Quluzadə: 6 ay ərzində qazanılan nailiyyətlər bu ilin qarşıdakı dövründə də nəzərdə tutulan planların uğurla reallaşacağını deməyə əsas verir
20:45 / 18-07-2023
Azərbaycanda adı cinayətdə hallanan bələdiyyə sədri işinə davam edir? - YENİLƏNİB
20:41 / 18-07-2023
BDU-nun səliqəsiz hörgüsü: Bina sökülə bilərmi?
Şirvan şəhərində silsilə tədbirlər davam edir
Şirvan şəhəri, Bayramlı qəsəbəsində keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən və keçirilən tədbirlərdən bəhs edib. Ulu öndərin siyasi varisi, ölkə başçıs cənab İlham Əliyevin dövlətimzin siyasi, iqtisadi, müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işlərdən danışıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, şirvanlı gənclərin də döyüşlərdə göstərdikləri şücaətdən, qəhrəmanlıq nümunələrindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin doğum və anım günlərinin qeyd edilməsinin ənənə halını aldığını, adlarının əbədiləşdirilməsi tədbirlərinin həyata keçirildiyini, əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanının şəhər rəhbərliyi tərəfindən ziyarət olunduğunu, şəhid ailələrinin problemləri mütəmadi maraqlanıldığını diqqətə çatdırıb. Vətən uğrunda şücaət göstərən əsgər və zabitlərimizin dövlət başçısı tərəfindən fəxri adlar, orden-medallarla təltif olunduğunu, müavinətlər təyin edildiyini, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "Yaşat" Fondu yaradıldığını, yaralıların dünyanın ən müasir tibb müəssisələrində müalicə olunduğunu vurğulayıb. Şirvan şəhər Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin həyata keçirilməsinin və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Zəfər və Qarabağ xiyabanlarının, Zəfər abidəsinin yaradılmasının şəhidlərə sonsuz ehtiramın ifadəsi olduğunu qeyd edib. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, son illərdə qəbul edilən qanunlardan, vətəndaşların hüquqlarının təmin olunmasından, müraciətlərinin həllindən danışıb. Şəhər sakinləri və seçiciləri ilə mütəmadi görüşdüyünü, onların qaldırdığı problemlərin bir qisminin həll olunduğunu, bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin plenar iclaslarında məsələlərin qaldırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işsizlik, qaz və işıq xəttinin çəkilməsi, səhiyyə, işıqlandırma və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər. Səyyar görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı qəsəbənin 103 yaşlı sakini İsgəndərova Minə Mirzəbaba qızını evində ziyarət edib, şəhərin ən yaşlı sakini ilə maraqlı söhbət edib, onun qayğıları ilə maraqlanıb.
Mətbuat xidməti
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 aprel 2023-ci il tarixdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu öndərə həsr olunmuş “Millət atası” filmi nümayiş olunub. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsinin Ümummili liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş hər bir tədbirin dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb. Ümummilli liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırıb. Ümumbəşəri dəyərlərə inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, insan kapitalının inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, tolerant, multikultural dəyərlərin təbliği və digər məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib. Müstəqillik tariximizin zirvəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasının, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını, Şanlı Ordumuzun qazandığı Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Millət vəkili İltizam Yusifov çıxış edərək, Azərbaycan xalqının son 34 illik tarixinin Heydər Əliyev şəxsiyyəti və onun ideyaları ilə bağlı olduğunu bildirib. Xüsusilə müstəqillik tarixinin bütün əlamətdar hadisələrinin müəllifinin Ulu öndər olduğunu vurğulayıb. Ona görə də dahi şəxsiyyətin irsinin qorunmasının və gələcək nəsillərə ərmağan edilməsinin vacibliyini qeyd edib. Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin partiyayaya sədr təyin edilməsindən, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından, atəşkəsin elan olunmasından bəhs edib. İnsanların kütləvi surətdə müraciət edərək, “Mən Heydər Əliyevin partiyasına üzv olmaq istəyirəm” dediklərini xatırladıb. Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin şəffaf fəaliyyətindən, qanunvericilik bazasının möhkəmlənməsindən, müsəlman şərqində ilk dəfə ölkəmizdə ölüm cəzasının ləğvindən, məhkəmə islahatlarından danışıb. Yerli “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov müstəqillik illərində mətbuata dövlət qayğısından, Heydər Əiyevin göstərişi ilə senzuranın ləğvindən, söz və mətbuat azadlığının təmin edilməsindən, qəzet və jurnalların borcunun ləğv edilməsindən danışıb. Ulu öndərin davamçısı ölkə başçısı cənab İlham Əliyevin də “jurnalistlərin dostu” kimi fəaliyyətinin müxtəlif məqamlarından söz açıb. “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin metodisti Aytac Əliyeva Heydər Əliyevin gənc kadrların hazırlanması və təşkilatlanması üçün Gənclər və İdman Nazirliyinin yaranması, Gənclər Forumunun təşkili, Gənclər gününün təsis edilməsində əvəzsiz xidmətlərini qeyd edib. Onun bütün fəaliiyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. Qeyd edək ki, Şirvanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər davam edir.
Mətbuat xidməti
Bölməyə aid digər xəbərlər
Şirvanda sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib

Şirvanda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib

Tarix: 28-04-2023, 12:42 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
9-05-2022, 10:59
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
11-03-2022, 10:56
"ƏL ƏMƏYİ GÖZ NURU - SATIŞ-SƏRGİSİNDƏN!
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!