10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
MÜƏLLİMLİK İNSANLIQ TARİXİNİN ƏN UCA MƏSLƏYİDİR


Elə insanlar var ki,  mənalı ömür yolu,  ziyası,  xeyirxahlığı və nuru ilə yüzlərlə qəlbi işıqlandıırır.   

Abşeron-Xızı Regional Təhsil İdarəsi Qobu Qəsəbə 3 № li tam orta məktəbin direktoru Xuraman Behbudova da belə şəxslərdəndir.    

Xuraman Xanım Behbudova pedaqogika elminin nümayəndəsi olmaqla yanaşı, həm də gözəl insandır. Bu gəlimli-gedimli, son ucu ölümlü dünyada hər kəs Uca Tanrıdan ona bəxş olunan ömür payını yaşayır. Şərəfli ömür yolu isə tək-tək insanlara nəsib olur. O, böyük dünyagörüşə, hərtərəfli biliyə, dərin zəkaya və geniş ürəyə malik olan, xeyirxahlığı və səmimiyyəti, cəsarəti və sarsılmaz qətiyyəti, insanpərvərliyi ilə özünə əbədiyyət qazanan insanlardan biridir.

Çox fədakar pedaqoq Xuraman xanım  gözəl insan kimi də başqalarından fərqlənir. Onun üzündə, çöhrəsində  daim bir xeyirxahlıq nuru var, deyərdim ki, onun ürəyi də siması kimi xeyirxahlıqla vurur. Onunla söhbət edərkən, ünsiyyətdə olarkən heç nə diqqətdən yayınmır. 

   Həqiqətən də müəllim ömrü həmişə ömürlərə nur verir. Şagirdlərini doğru yola istiqamətləndirir, özü şam kimi əriyir. Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Xuraman xanımın qəti sözü, aydın fikri, düz yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı nəinki bütün şagirdlərinə, eyni zamanda müəllim adını daşıyıb o ada layiq olmayan, ancaq pedaqoji fəaliyyət göstərən bir çoxlarına örnəkdir. Bəli, Xuraman Behbudova əsl pedaqoqdur.  

 O,təhsilin incəliklərini, ehtiyaclarını həssaslıqla duyan və onun aradan qaldırılmasına düzgün istiqamət verməyi bacaran əsil ziyalıdır.  

 Adı şərəfli pedaqoqlarla bir sırada çəkilən Xuraman Behbudova haqqında söz demək şərəfinə nail olmaq özü mənim üçün bir xoşbəxtlikdir. Mən deyərdim ki, haqqında söylənilən hər söz onu nəinki rəhbəri olduğu məktəbin, müəllim kollektivinin, şagirdlərin, eyni zamanda, hər birimizin sevimlisinə çevirib. Bəli, o, həqiqətən də öz şagirdlərinə qəlbən bağlı olan həssas xasiyyətli səmimi insandır.

Mənim fikrimcə elmimizin inkiafı üçün ən vacib şərtlərdən biri gələcəyimiz olan körpələrimiz məhz zəkalı, inadkar, qətiyyətli, əzmkar, tələbkeş və xeyirxah bir müəllimlərdən   elm, bilik almalıdır. 

Çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün gələcək nəsillərə örnək mənalı, gərəkli ömür yaşayan Xuraman xanım kimi pedaqoqlarımız azlıq təşkil edir.  

Bu gün, məhz özünə inanan, seçdiyi yolun doğruluğuna şübhə etməyən  insanlar bu yolu seçir və hər nə olursa olsun inadkarcasına səbr etməklə işini davam etdirir.   

 Xuraman xanım Behbudova da belə bir keyfiyyətlərə malik olan bir insandır, desəm, yanılmaram. O, son dərəcə həssas və səmimi insandır. 

Yazımın qəhrəmanı olan Xuraman xanımın qismətinə belə ömür payı nəsib olmuşdur. Onun ömrünə məna qatan isə uğruna ömrünü şam kimi əritdiyi şagirdləridir. 

Səmimiliyi, sadəliyi və xeyirxahlığı ilə kollektivin də hörmətini qazanmışdır. Öz şagirdlərini balası qədər sevən Xuraman xanımın bu gün dəyərli peşə sahibləri olan şagirdlərinin gələcək həyatları üçün seçdiyi yolda  xidmətləri əvəzsizdir.

 Elmimizə və təhsilimizə şərəf və ləyaqətlə xidmət edən bu dəyərli insan onu sevən şagirdlərinin və çiyin-çiyinə işlədiyi kollektivinin qəlbində özünə möhtəşəm bir məhəbbət abidəsi ucaltmışdır.

  Nə yaxşı ki, bu gün cəmiyyətimizdə az da olsa öz şagirlərinin, rəhbərlik etdiyi kollektivin sevgisini qazanan belə insanlar var və onların əkdiyi yaxşılıq toxumları insanların qəlbində zaman-zaman cücərir, yeni pöhrələr verir. Onlar hiss edir ki, insan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlmişdir.  

   Bəli,Xuraman Behbudova əsl pedaqoqdur.  

 Mənalı və zəngin, fəxr ediləsi, öyünüləsi ömür yolu olan Xuraman  xanım Behbudovanı Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin işində uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində səbr diləyirəm.

 

 


Tarix: 14-12-2022, 13:30 Oxunub: 113


Bölməyə aid digər xəbərlər