21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Məmməd Mahmudov: Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov - Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi belə deməyə əsas verir ki, Azərbaycan bəşəri problemlərə biganə deyil. Tədbirdə 110-dan çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etməsi də forumun qlobal əhəmiyyətinin bir daha nümayişi oldu. Eləcə də bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu olmaqla yanaşı, Bakının beynəlxalq münasibətlər sisteminin aparıcı aktor kimi mövqelərinin möhkəmlənməsinə də şərait yaradacaq. Belə bir Forumun Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Hər zaman bəşəri dəyərləri müdafiə edən, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən Bakı məhz belə tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu milli sərhədləri aşan aktual qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 110-dan çox ölkənin Foruma qatılması onun mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə edildiyi çox mühüm beynəlxalq platforma olduğunun təsdiqidir. Ümumiyyətlə, belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində oynadığı strateji rolun əhəmiyyətini bir daha nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, belə tədbirlər Azərbaycan həqiqətlərinin də qlobal müstəvidə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına və zəruri müzakirələrin aparılmasına şərait yaradır. Forum xüsusilə də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı posmüharibə reallıqlarının daha yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək müzakirələrin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.
Forumda Prezident İlham Əliyev Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı. Prezidentin sözlərinə görə, XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan verilməməlidir. Ölkəmizin başçısı açıq şəkildə bildirdi ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, məcburi assimilyasiyaya aparır və buna son qoyulmalıdır. Bundan başqa, dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan çoxtərəfliliyə qəti şəkildə sadiqdir. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq Qoşulmama Hərəkatının təsisatlanmasının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Ermənistan ilə sülh sazişi ilə bağlı danışıqlara da toxundu. Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğuladı. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident İlham Əliyev bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını bildirdi. Dövlət başçısı Forum iştirakçılarının diqqətinə çatdıtdı ki, hazırda Azərbaycan və Ermənisan müsbət tendensiyadadır, sülhə doğru gedirlər.. Prezident forumun mahiyyətindən irəli gələn məsələlərə geniş və əsaslı təhlillə toxunaraq öz sistemli nitqində açıq şəkildə bəyan etdi ki, biz imkan vermərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Bu mövqenin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan tərəfindən ifadə olunduğunu bildirən dövlətimizin başçısı hansısa ölkəyə qarşı yox, ədalətə, beynəlxalq hüquqa zidd məsələlərə qarşı olduğumuzu bildirdi. Beləliklə, növbəti üç gün Azərbaycan dünya mediasının diqqət mərkəzində olacaq. Belə mötəbər tədbirə evsahibliyi etməklə Azərbaycan dinlərarası əlaqələrin qədim ənənələrinə malik olduğunu dünyaya nümayiş etdirir, eyni zamanda, bəşəriyyətin ayırıcı yox, birləşdirici meyillərə üstünlük verilməsinin önəmini vurğulayır. Bu gün dünyanın sülhü qorumaq, harada sülh yoxdursa, onu qurmaq və mədəni müxtəlifliyi müdafiə etmək üçün konstruktiv dialoqa ehtiyacı var.
Ölkəmiz də məhz bu bəşəri vəzifələrin müzakirə olunduğu və müvafiq qərarlar qəbul edildiyi mühüm məkana çevrilib. Sirr deyil ki, Prezident İlham Əliyevin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş siyasəti bu önəmli vəzifələrin yerinə yetirilməsinə istiqamətlənib.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2024, 15:04 Oxunub: 173
Bölməyə aid digər xəbərlər
28-04-2023, 12:42
Şirvan şəhərində silsilə tədbirlər davam edir
18-01-2021, 12:01
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib