21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Faiq Seyidov: Xalqın azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirən dönüş nöqtəsi

“Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov - Azərbaycanın dövlətçilik tarixində 1990-cı ilin 20 Yanvar hadisələri sadəcə bir təqvim vərəqi deyil, xalqımızın azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirən dönüş nöqtəsidir. Bu tarix həm böyük bir faciənin kədərini, həm də milli dirçəlişin qürurunu özündə birləşdirir. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu.
1980-ci illərin sonunda keçmiş SSRİ rəhbərliyinin birtərəfli və qərəzli siyasəti, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və xalqımızın haqlı etiraz səsinin eşidilməməsi Bakıda kütləvi xalq hərəkatının yaranmasına səbəb oldu. Sovet imperiyası özünün süqutunu ləngitmək və xalqın müstəqillik arzularını qan içində boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ağır qoşun hissələrini yeritdi. Beynəlxalq konvensiyalara zidd olaraq, fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə qarşı törədilən bu qırğın bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Lakin tankların qarşısına əliyalın çıxan Azərbaycan övladları sübut etdilər ki, azadlıq eşqi hər cür hərbi arsenaldan güclüdür.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Faciənin baş verdiyi ilk günlərdə xalqın yanında olan və bu cinayəti dünyaya bəyan edən şəxs Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında o, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı aksiyanı kəskin pislədi, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd bir addım kimi dəyərləndirdi.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi və 20 yanvar “Ümummilli Hüzn Günü” elan edildi.
20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqillik bünövrəsini qoydu. 1990-cı ilin o qanlı gecəsindən başlayan yol, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərə qədər davam etdi.
Bu gün qətiyyətlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu şaddır. Onların Azərbaycanın azadlığı və ərazi bütövlüyü naminə başlatdıqları mübarizə öz məntiqi nəticəsinə çatdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər və 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın üçrəngli dövlət bayrağını ucaltması, əslində, 1990-cı ilin o qanlı gecəsində tankların qarşısına sipər çəkən xalq iradəsinin mütləq qələbəsi idi. 20 Yanvarda qırılan zəncirlər, 20 sentyabrda bütöv Azərbaycanın sarsılmaz dövlətçilik qalasına çevrildi. Artıq Şəhidlər Xiyabanını ziyarət edən hər bir vətəndaş oradan məğlub xalqın övladı kimi deyil, ərazi bütövlüyünü bərpa etmiş qalib bir millətin nümayəndəsi kimi keçir.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-01-2026, 22:47 Oxunub: 78
Bölməyə aid digər xəbərlər
20-01-2026, 22:26
Mehman Qəhrəmanov: 20 Yanvar - Qanla Yazılan Qəhrəmanlıq Səhifəsi və Unudulmayan Şəhidlərimiz