21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
ABŞ və Qərb Rusiya ilə “Qafqaz masası”nda savaşır: Bakı və İrəvanın sülh sazişi üçün tək variantı qaldı

Həm ABŞ və Qərb, həm də Rusiya yekun sülh sazişinin imzalanmasına platforma təqdim etməklə, Cənubi Qafqaza geopolitik müdaxilə mexanizmləri qazanmağı hədəfləyir... Çünki buna nail olan tərəf, uzun müddət orbitr statusu ilə sülh sazişi üzərindən regionda özünün geopolitik maraqlarını diqtə şansı əldə edə bilər, bu, Cənubi Qafqazın gələcək inkişaf perspektivlətinə ən ciddi təhdiddir...
Ermənistan ölkədaxili xaosa doğru sürüklənir. “Kilsə qiyamı”nın ssenari müəllifləri kütləvi etiraz aksiyalarını artıq küçə iğtişaşlarına çevirməyə çalışırlar. Ən önəmli məqam isə Ermənistanın siyasi lider qıtlığı yaşamasıyla bağlıdır. Hər halda, erməni toplumu bir keşişin liderliyini qəbul edərək, onun arxasınca gedəcək inkişafdan uzaqlaşıb. Keşiş Baqrat isə intellektsizliyi ucbatından yalnız öz təlimatçılarının sifarişlərini icra etməyə məhkumdur. Və əslində, onu elə məhz bu səbəbdən, kütlənin önünə çıxarıblar.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanda küçə iğtişaşları və hüquq-mühafizə orqanları ilə birbaşa toqquşmalar üçün ilk addımlar artıq atılıb. Belə ki, polisləri “hər şeyə görə başınızla cavab verəcəksəniz” təhdidi ilə hədələyən keşiş Baqrat tərəfdarlarına Ermənistan Xarici İşlər Nazirliyinə hücum göstərişi də verib. Yəni, indi Paşinyan hakimiyyəti dövlət qurumlarını erməni kilsəsinin birbaşa hücumundan da qorumaq məcburiyyətindədir. Və bu proses nəzarətdən çıxarsa, Paşinyan hakimiyyətinin siyasi mövqeləri ciddi şəkildə zəifləyə bilər.
Təbii ki, “kilsə qiyamı”nın arxasında dayananların Ermənistanın sərhədlərindən kənarda olduğu qətiyyən şübhə doğurmur. Erməni diasporunun “kilsə qiyamı”nı maliyyələşdiridiyi barədə məlumatlar mövcuddur. Eyni zamanda, Qarabağ klanının etiraz dalğasında əsas sosial baza rolunu öz üzərinə götürməsi isə Rusiyanın da bu prosesin içində olduğunu təxmin etməyə tamamilə imkan verir. Hər halda, həm Qarabağ klanına, həm də erməni kilsəsinə Rusiya xüsusi xidmət servislərinin nəzarət etdiyi inkaredilməz reallıqdır. Və bu baxımdan, Qərbin Paşinyan hakimiyyətinə daxili siyasi hesablaşmalarda ciddi dəstək verə bilməməsi vəziyyəti daha da qəlizləşdirir.
Əslində, Paşinyan hakimiyyəti hazırda son dövrlərdə yol verdiyi kobud geopolitik səhvlərin girovuna çevrilmiş kimi görünür. Çünki rəsmi İrəvan Ermənistanda sabitliyin və dövlətçiliyin gələcək taleyinin məhz qonşularla münasibətlərin normallaşdırılmasından asılı olduğunu anlamaqda çətinlik çəkdi. Rusiyanın Ukrayna savaşında ağır vəziyyətə düşməsindən cəsarətlənərək, Ermənistanın Qərbə “qaçırılması”na cəhd göstərdi. Və bunun yaxın onilliklərdə mümkün ola bilməyəcəyini doğru hesablaya bilmədi.
Əksinə, Paşinyan hakimiyyəti ABŞ və Avropa Birliyinin reallıqdan uzaq vədlərinə uyaraq, Cənubi Qafqazda sülh prosesini pozmağa daha çox üstünlük verdi. ABŞ, Avropa Birliyi və Fransanın geopolitik maraqlarının icrasıyla məşğul oldu. Nəticədə Azərbaycanla yekun sülh sazişinin imzalanması ilə bağlı zamanı itirmiş oldu. Düzdür, indi rəsmi İrəvan bu kobud səhvini artıq anlayaraq, yaxın aylarda sülh sazişinin imzalanmasının mümkünlüyünü qabardır. Ancaq Ermənistandakı daxili siyasi-ictimai xaos davam etdikcə, Paşinyan hakimiyyətinin buna nail olması o qədər də asan məsələ təsiri bağışlamır.
Belə anlaşılır ki, regionla sülh sazişini əngəlləməklə Azərbaycana qarşı revanş üçün zaman qazanmağa çalışan Paşinyan hakimiyyəti əslində, buna nail olmayıb. Əksinə, qazanmağa çalışdığı zamanı itirib və indi erməni kilsəsinə qarşı həlledici savaşa başlamaq məcburiyyətində qalıb. Halbuki, Paşinyan hakimiyyətinin erməni kilsəsinə qalib gəlməsi belə, Ermənistanın gələcək taleyini xilas etmək üçün yetərli olmaya bilər. Və bunun üçün rəsmi İrəvan həm də Ermənistanın yalnız öz regional maraqları barədə düşünən beynəlxalq himayədarlarının təsirindən də çıxmalıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan xarici təsirlərdən nə qədər tez uzaqlaşarsa, sülhə də bir o qədər yaxınlaşa bilər” mesajını verməklə, Paşinyan hakimiyyətinin düşdüyü durumu tam dəqiqliyi ilə ifadə edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də sülh prosesində yalnız öz geopolitik maraqlarını düşünən regiondan kənar vasitəçilərin iştirakının əngəlləyici faktor olduğuna diqqəti çəkib. Və Azərbaycan-Ermənistan sülh danışıqlarının məhz ikitərəfli formatda aparılmasının daha perspektivli olduğunu vurğulayıb.
Məsələ ondadır ki, ABŞ və Qərbin Rusiya ilə beynəlxalq qarşıdurması Cənubi Qafqaz regionunda məhz Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin üzərinə yüklənib. Hər iki tərəf Cənubi Qafqazda uğrunda mübarizəni qazanmaq üçün regional sülh prosesinə nəzarəti ələ keçirtməyə can atır. Üstəlik, hər iki tərəf öz cəhdlərini məhz Ermənistana təzyiqlər sayəsində nail olmağa çalışır. Və bu, Ermənistanın regionda “zəif bənd” olduğunu göstərir.
Maraqlıdır ki, ABŞ və Qərb yekun sülh sazişinin məhz Avropa məkanında imzalanmasını Ermənistana diqtə edir. Rusiya isə buna əngəl olmaq üçün Ermənistandakı revanşist-radikal qüvvələri kütləvi iğtişaşlara sövq etməklə, bu ölkədə “xaosun diktaturası”nı qurmağa çalışır. Halbuki, yekun sülh sazişinin həm Avropa məkanında, həm də Rusiyada imzalanması Azərbaycanın və Ermənistanın maraqlarına ziddir. Eləcə də, ümumiyyətlə, Cənubi Qafqazın gələcək imkişaf perspektivləri baxımından, qətiyyən sərfəli deyil.
Səbəb isə çox sadədir. Həm ABŞ və Qərb, həm də Rusiya yekun sülh sazişinin imzalanmasına platforma təqdim etməklə, Cənubi Qafqaza geopolitik müdaxilə mexanizmləri qazanmağı hədəfləyir. Çünki buna nail olan tərəf, uzun müddət orbitr statusu ilə sülh sazişi üzərindən regionda özünün geopolitik maraqlarını diqtə etmək şansı əldə edə bilər. Ona görə də, rəsmi Bakının mövqeyi daha proqmatik xarakter daşıyır. Və rəsmi İrəvan regiondan kənar təsirlərdən xilas ola bilərsə, yekun sülh sazişinin məhz Azərbaycan-Ermənistan sərhəd bölgəsində vasitəçilərin iştirakı olmadan imzalanması ən sərfəli variantdır.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 1-06-2024, 10:00 Oxunub: 93
Bölməyə aid digər xəbərlər
31-05-2024, 16:00
“İrəvanı Bakıdakı dustaq qarışdırır” - ŞOK İDDİA
25-05-2024, 09:00
Kremlin Ermənistana səbri tükəndi: Rusiya hərbi müdaxilə mesajı verdi
24-05-2024, 16:00
Ermənilərin xəritə hiyləgərliyi - 29.7min kv/km necə 31 min oldu?
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib