23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
22:47 / 16-03-2026
Şəhər nəqliyyatının inkişafına töhfə verən məsuliyyətli rəhbər – Faiq Seyidovun fəaliyyəti
23:54 / 13-03-2026
Hüseyn müəllim: Siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik
23:45 / 13-03-2026
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının İnkişafında Vidadi Rəhimovun Fədakar İdarəçi
23:42 / 13-03-2026
Bərdə Bazarlarının İnkişafına Həyat verən Zülfi Tağıyev - Vətəndaşlara Sadiq və Dövlətçiliyi ilə Sevilən Rəhbər
23:40 / 13-03-2026
Şəkidə asayişin keşiyində duran prinsipial rəhbər – Polkovnik Elnur Həsənov
23:36 / 13-03-2026
Təhsildə Ən Yüksək Standartların Simvolu: Azad Dibirovun Balakən Peşə Məktəbində Fədakar Rəhbərliyi
22:45 / 13-03-2026
Tahir Abbasov: Azərbaycan qlobal siyasi proseslərdə fəal mövqe tutur
00:27 / 11-03-2026
Vaqif Müslümov: Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayət
00:22 / 11-03-2026
Cəzaçəkmə Müəssisələrinin İdarəçiliyində Mükəmməl Nümunə: Şakir Qəniyevin Dövlətçilik Missiyası
00:16 / 11-03-2026
Beyləqan Rayon Bazarının İdarəçiliyində Xəqani Əhmədovun Fədakar Liderliyi və Dövlətə Sadiqliyi
00:12 / 11-03-2026
Peşə təhsilinin inkişafına xidmət edən rəhbər: Gədəbəy Peşə Məktəbinin direktoru Əlviz Gülməmmədov
00:09 / 11-03-2026
Şəhər təsərrüfatının inkişafında məsuliyyətli idarəçilik nümunəsi – Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov
00:05 / 11-03-2026
Təhsilin inkişafına və müəllim nüfuzunun qorunmasına həsr olunmuş həyat yolu — Niyazi Nəcəfov
00:22 / 21-02-2026
Elşad Abdullayev: Xocalı Soyqırımının Ağrısı və Qələbənin Qüruru: Doğma Torpağa Dönüşün İlk Addımları
00:20 / 21-02-2026
Sərxan İsmayilov: “Xocalı Qayıdır - 2026-cı ildə Vətənə Dönüş və Soyqırımın Unudulmaz Xatirəsi”
00:13 / 21-02-2026
Malik Mirzəyev: Xocalıya Qayıdışın Zəfər Salnaməsi – Tarixi Ədalətin Bərpası və Doğma Torpaqlara Dönüşün Böyük Qayıdışı
00:05 / 21-02-2026
Milli Sağlamlıq Xidmətində Fədakarlığa Həsr Olunmuş Neyrocərrah: Dr. Afər Allahverdiyev
00:03 / 21-02-2026
Vətən Sağlamlığının Qoruyucusu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sahib Hüseynovun Fəaliyyəti
23:58 / 20-02-2026
Şəhər Nəqliyyatının İnkişafında Qətiyyətli Lider: Faiq Seyidovun Fədakar Səyahəti
23:54 / 20-02-2026
102 Saylı Şəhər Marşrutunun İdarəçilikdə Nümunəvi Rəhbəri - Yusif Hüseynovun İctimai və Peşəkar Fəaliyyəti
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir

5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır
Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfəri iki dost, qardaş, müttəfiq ölkənin dünyaya nümunə olan münasibətlərinin növbəti təqdimatıdır. Hər bir səfər əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan, “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda keçirilən Forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir. Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur. Forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunur. Tədbirdə Cənubi Qafqazdakı son vəziyyət müzakirə olunan mövzular arasında xüsusi yer tutur. Aprelin 17-də Türkiyənin Antalya şəhərində açılış mərasimi keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanla əlaqələndirilmiş şəkildə Ermənistanla normallaşma prosesində addım-addım irəlilədiyimizi vurğulayaraq onu da qeyd etdi ki, bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir.
Forumda qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılır, problemlərin mümkün həll yolları barədə fikir mübadiləsi aparılır.
Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini təsdiqlədi. Belə ki, Prezident İlham Əliyev Forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Moldova Respublikasının Prezidenti Maya Sandu və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdü. Dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü oldu. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafında mövcud imkanlar geniş müzakirə edildi. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi yola işıq salan bu səfər özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkiyə əlaqlərinin inkişafında iki ölkənin liderinin səmimi dostluq, qardaşlıq münasibətləri əhəmiyyətli rol oynayır. Reallıq budur ki, ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından uğurla çıxaraq dünyaya qardaşlıq nümunəsini təqdim edir. Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları bütün dövrlərdə aktuallığını qorumaqla bərabər, bu əlaqələrin hər sahədə uğurlu inkişafına bələdçilik edir. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu birliyi, həmrəyliyi daha da möhkəmləndirərək 2021-ci ilin iyununda Şuşa Bəyannaməsinin imzalanması ilə dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz rəsmiləşdirildi.
Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilib. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin necə həll edilməsi Türkiyənin mövqeyindən asılıdır. Türkiyə regionda əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Qardaş ölkənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan dost ölkənin nailiyyətlərinə öz uğurları kimi sevinir.
44 günlük İkinci Qarabağ müharibəsinin ilk anlarından qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Təbii ki, bu dəstək Azərbaycana əlavə güc verdi. Dövlətimizin başçısının vurğuladığı kimi, bundan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amilini nəzərə alsaq, Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ölkələri, xalqları birləşdirir, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir. Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Regional əməkdaşlığa mühüm töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iştirakçı ölkələrlə yanaşı, digər dövlətlərin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi dünyanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsinin növbəti təqdimatı oldu. Bu layihənin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrildi. Azərbaycan-Türkiyə tərəfdaşlığının daha bir nümunəsi isə İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Ötən ilin martın 5-də Ankarada Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Dövlətimizin başçısı həmin günü Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi dəyərləndirdi.
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün Türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışları edir ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışında Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək vurğuladı ki, bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq.
Bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birgə faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Bu dəhşətli zəlzələnin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşasına start verildi. Ötən ilin iyununda bu möhtəşəm layihənin açılış mərasimi keçirildi. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi bu sarsılmaz qardaşlığın rəmzinə çevrildi. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir.
Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir. Bu əlaqələrin böyük gələcəyi var. Bunu şərtləndirən amillər sırasında gələcək əməkdaşlığın hüquqi təməlini möhkəmləndirən Şuşa Bəyannaməsini, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdikləri töhfələri, ölkələri, xalqları bir araya gətirən enerji və nəqliyyat layihələrini, yüksək səviyyəli dialoq mühitinin mövcudluğunu, hər iki ölkənin daim ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll edilməsinə xüsusi önəm vermələrini və bunu real addımları ilə təsdiqləmələrini qeyd edə bilərik. Azərbaycan-Türkiyə əlaqələri uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır. İki dost, qardaş ölkənin daim bir-birinin yanında olması dünyaya dostluğun, qardaşlığın əsl nümunəsini təqdim etməklə yanaşı, mühüm mesajları özündə ehtiva edir.
Azərbaycanın sülh təcrübəsi sözügedən Forum çərçivəsində təşkil edilən panel iclaslarda da əsas diqqət göstərilən məsələlər sırasındadır. Azərbaycan 30 illik işğal dövrünün dağıntılarını bu gün müasir şəhərsalma təcrübəsini nümayiş etdirməklə bərpa-quruculuq işləri ilə əvəzləyir. Son beş ildən artıq dövrün mühüm reallıqlarından biri təbii ki, dünyaya səs salan sülh razılaşması oldu. Azərbaycan və Ermənistan arasında əldə edilən bu razılaşma ötən ilin avqustunda ABŞ-da əldə edildi. Belə ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə olunması yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın regionda və dünya siyasətində mövqeyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. 5-ci Antalya Diplomatiya Forumu bu kimi uğurlarımızın təqdimatında mühüm platformadır. Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir.
Bölməyə aid digər xəbərlər

Tarix: Dünən, 23:03 Oxunub: 8
Bölməyə aid digər xəbərlər
12-06-2024, 15:33
İdris Quliyev: Qurtuluşdan başlanan yol müstəqilliyimizi və suverenliyimizi daimi etdi
28-04-2023, 12:42
Şirvan şəhərində silsilə tədbirlər davam edir