23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
22:47 / 16-03-2026
Şəhər nəqliyyatının inkişafına töhfə verən məsuliyyətli rəhbər – Faiq Seyidovun fəaliyyəti
23:54 / 13-03-2026
Hüseyn müəllim: Siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik
23:45 / 13-03-2026
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının İnkişafında Vidadi Rəhimovun Fədakar İdarəçi
23:42 / 13-03-2026
Bərdə Bazarlarının İnkişafına Həyat verən Zülfi Tağıyev - Vətəndaşlara Sadiq və Dövlətçiliyi ilə Sevilən Rəhbər
23:40 / 13-03-2026
Şəkidə asayişin keşiyində duran prinsipial rəhbər – Polkovnik Elnur Həsənov
23:36 / 13-03-2026
Təhsildə Ən Yüksək Standartların Simvolu: Azad Dibirovun Balakən Peşə Məktəbində Fədakar Rəhbərliyi
22:45 / 13-03-2026
Tahir Abbasov: Azərbaycan qlobal siyasi proseslərdə fəal mövqe tutur
00:27 / 11-03-2026
Vaqif Müslümov: Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayət
00:22 / 11-03-2026
Cəzaçəkmə Müəssisələrinin İdarəçiliyində Mükəmməl Nümunə: Şakir Qəniyevin Dövlətçilik Missiyası
00:16 / 11-03-2026
Beyləqan Rayon Bazarının İdarəçiliyində Xəqani Əhmədovun Fədakar Liderliyi və Dövlətə Sadiqliyi
00:12 / 11-03-2026
Peşə təhsilinin inkişafına xidmət edən rəhbər: Gədəbəy Peşə Məktəbinin direktoru Əlviz Gülməmmədov
00:09 / 11-03-2026
Şəhər təsərrüfatının inkişafında məsuliyyətli idarəçilik nümunəsi – Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov
00:05 / 11-03-2026
Təhsilin inkişafına və müəllim nüfuzunun qorunmasına həsr olunmuş həyat yolu — Niyazi Nəcəfov
00:22 / 21-02-2026
Elşad Abdullayev: Xocalı Soyqırımının Ağrısı və Qələbənin Qüruru: Doğma Torpağa Dönüşün İlk Addımları
00:20 / 21-02-2026
Sərxan İsmayilov: “Xocalı Qayıdır - 2026-cı ildə Vətənə Dönüş və Soyqırımın Unudulmaz Xatirəsi”
00:13 / 21-02-2026
Malik Mirzəyev: Xocalıya Qayıdışın Zəfər Salnaməsi – Tarixi Ədalətin Bərpası və Doğma Torpaqlara Dönüşün Böyük Qayıdışı
00:05 / 21-02-2026
Milli Sağlamlıq Xidmətində Fədakarlığa Həsr Olunmuş Neyrocərrah: Dr. Afər Allahverdiyev
00:03 / 21-02-2026
Vətən Sağlamlığının Qoruyucusu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sahib Hüseynovun Fəaliyyəti
23:58 / 20-02-2026
Şəhər Nəqliyyatının İnkişafında Qətiyyətli Lider: Faiq Seyidovun Fədakar Səyahəti
23:54 / 20-02-2026
102 Saylı Şəhər Marşrutunun İdarəçilikdə Nümunəvi Rəhbəri - Yusif Hüseynovun İctimai və Peşəkar Fəaliyyəti
Vüqar Biləcərilini öldürən səbəb

Meyxana Azərbaycanda özünü ayaqda saxlayan yeganə söz sənətidir – cəmiyyətdə yozulduğu istiqamətlər nə qədər arzuolunmaz olsa da, bu danılmaz faktdır.
Başqa sənətlərdə olduğu kimi bura da diletantlarla doludur. Fitri olaraq əruzun səri bəhrinə düşə bilən minlərlə gənc özünü meyxanaçı hesab edir, cahil cəsarəti ilə toylarda meydan sulayır. Necə ki, ədəbiyyatda heca və digər şeir vəznlərində sözləri yanbayan düzüb “şeir” qoşan şairlər var. Təəssüf ki, elə ədəbiyyatda olduğu kimi meyxanada da ümumi sənət haqqında rəy formalaşdıran adamlar adətən hər vəchlə özünü gözə soxmaq cəsarəti tapan sırtıq gənclər olur.
Əsl meyxanaçılar isə bəzən bir gecənin içində partlayış edə bilir, şöhrəti bütün Azərbaycana yayılır...
Yarı xoş, yarı zor meyxana mühitinə yaxın olan bir adam kimi bu sahə ilə bağlı soyuq başla fikir söyləyəndə beynimdəki neqativ fikirləri darmadağın edən meyxanaçılar var... Azından onlara xatir bu sahə barədə neqativ fikir demək olmur: Aydın Xırdalanlı, Rəşad Dağlı, Pünhan Əzimli, Vüqar Biləcərili...
İki gün əvvəl dünyasını dəyişən Vüqar...
Vüqar Biləcərili meyxanaya 20 yaşından əvvəl gəlib. Amma bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın.
Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə isə onun taleyini dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır.
Sonu gözlənilməz ölümlə yekunlaşan bu onilliyə baxsaq, Vüqarın nakam gedişinin səbəblərini aydın görə bilərik.
Az əvvəl qeyd etdiyim kimi, meyxana Azərbaycanda öz ayaqları üstündə dayanan azsaylı sahələrdən olduğuna görə bu meydanda qazanılan məşhurluq da həqiqidir. Həqiqi məşhurluqsa, təhlükəli tale vəd edir. Belə məşhurluq adətən çiy olur, insanı plansız halda yaxalayır.
Təsəvvür edin: yaş 22, qarşın dəliqanlı kütlə, arxan və ətrafın amansız rəqabət və bu bulanıq aləmdə hər gecə cibinə minlərlə pul girir...
Yuxusuz gecələr...
Çörək ağacın söz...
20-25 yaşında hər gecə minlərlə manat pul qazanan şəxs bu gəlirin qarşısında nadir hallarda sapmadan dura bilir. Əzəldən dumanlı olan meyxana məclisləri gecənin birində səni də öz pərdəsindən içəri dartır, bir gecə dadına baxdığın keflər bir ömür kabusuna çevrilir. Əvvəl sənə əhval gətirən nəsnələr bir müddət sonra səndən almağa başlayır; əvvəl əhvalını, sonra malını, sonda canını...
Məşhurluğun mənsəbi həmişə mənbəyindən asılı qalır. Məşhur şəxs onu bu mərhələyə çatdıran kütlənin zövqünə, tələbinə qatlaşmaq zorundadır. Daha doğrusu, kütlə onu çiyninə götürüb istədiyi yerə aparır. Məşhura ayaqlarını yerə vurmaq, özünün istədiyi istiqamətə getmək şansı yaratmır.
Kütlə insanı məşhurluğu qazandığı anda çiyninə götürür, bir də məzarının başında yerə qoyur...
Ağlayır, sızlayır, təzə qurban axtarışına çıxır...
Təəssüf ki, Azərbaycanda meyxana sənəti ilə məşhurluq qazanan adam elə həmin andan kəfəninə bürünüb tabutunun içinə girir, kütlə onu çox da uzun olmayan bir səfərə çıxarır, dumanlı dairə cızdıqdan sonra enişli-yoxuşlu bir qəbiristanlığın quzeyində yerə qoyur...
Vüqar Biləcərili təkcə ənənəvi meyxana deyib pulunu qazanan bir adam deyildi, o, həm də ali təhsilli, mütaliəli gənc idi. Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi. Klassik ədəbiyyatı əxz edərək oxumuşdu. O, gecənin bir aləmində “palatka toyu”nda elə misra deyirdi ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürdülər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıq deyildimi?
Vüqar ömrünü də mağarlarda qiymətli bir misra kimi xərclədi.
Çox kədərli taledir... XXI əsrdə misraları hələ meyxana hafizlərinin dilindədir, demək olar ki, yazılı mətni yoxdur. Hətta bu yazını yazanda bir beytini dəqiqləşdirmək üçün axtarış etdim, izləmə sayı milyonu keçən həmin meyxana videosunu dinləyən heç bir adam onun beytini yazıya çevirməyib. Vüqarı öldürən kütlə budur. Ani, bədahətən gələn alqışlar, sonra unutqanlıq...
Meyxana sevənlər və meyxanaçılar yaxşı bilir ki, bu bədahət sənəti olduğundan bənddə deyilən ilk 2-3 misraya çox da önəm verilmir, əsas rədifə uyğun dediyin sonuncu, 4-cü misradır. Lakin Vüqar demək olar ki, bütün misralarının üstündə zərgər dəqiqliyi ilə işləyən, meyxanada belə adətən bəhrdən çıxmayan şair idi. (Bu məqama xüsusi diqqət göstərən digər şair Pünhan Əzimlidir - Alatava). Məsələn, məclislərin birində, Vüqarın 4-5 bənd dedikdən sonra dilinə gətirdiyi misralara diqqət edək:
Binəva ruhumu cism içrə qərib etdi xuda
Ona tək eşqi-Yədullahı təbib etdi xuda
Ona bir rütbeyi-əlanı nəsib etdi xuda
O nə Musaya düşübdür, nə də İsaya düşüb.
Dəli könlüm yenə divanədi, sevdaya düşüb.
Elə bil, göz yaşımın qətrəsi dəryaya düşüb.
Bu gün həmin gecəyə - 2010-cu ilə boylansaq, yəqin, hər kəsin öz qənaəti formalaşacaq. 32 yaşında bizdən ayrılan meyxanaçı üçün “kaş elə həmin gün meyxananı buraxaydı” deyənlər də olacaq. Ancaq problem onun meyxananı buraxmasında deyildi, bu halda o ən yaxşı halda fərdini xilas edəcəkdi. Eyni zamanda, Vüqar Biləcərili olmayacaqdı. Bəlkə də elə 2010-cu ildə “öləcəkdi”. Bu problem meyxana mühiti, meyxanasevərlərin verdiyi məşhurluğun nəticə ilə adekvat olmamağındadır.
Ölkəmizdə olan əksər yaradıcı sahələr kimi bu sahədə də lazımı mexanizm yoxdur, ən yaxşı halda dövr edən bir qanlı çarx var, qəhrəmanlarına cəmi bir dövrə səyahət qıyan bir çarx... Onları yerdən götürür, ən uca nöqtəyə qaldırır və ikinci dövrəyə başlamadan sıxıb sümüklərini qırır.
Vüqar qəzəlləri və çoxbəhrli meyxanaları ilə bu sahəyə nə qədər qüdrət qatdısa da, sonda ölümü ilə cəmiyyətin meyxana və meyxanaçılar haqqında gəldiyi qaramat qənaətə öz arzuolunmaz töhfəsini verdi.
Təəssüf...
O qurbanlardan biri idi...
Çağdaş meyxanada adını çəkə biləcəyimiz barmaqsayı sənətkarlardan ikisinin aqibəti eyni cür oldu: Aydın Xırdalanlı öldü, bir il sonra Vüqar Biləcərilini itirdik.
Qulaqlara qurğuşun, bu qanlı zəncirin növbəti halqasını da nişan verənlər çoxdur. Amma biz ümid edirik ki, heç olmasa 32 yaşlı həmkarlarının düşdüyü bu dalan, nakam ölüm ətrafındakılara arzuolunmaz həqiqəti anladar. Kulis.az
Bölməyə aid digər xəbərlər

Tarix: 31-08-2020, 15:03 Oxunub: 175
Bölməyə aid digər xəbərlər
31-08-2020, 14:17
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayevin söhbəti
26-08-2020, 14:38
“Dedi ki, Heydər Əliyevin oğlu bu ali məktəbdə dərs deyə bilməz”