10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir

Azərbaycan Respublikası-millətinin fədaisi olan,onun tərəqqisi,firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil.Hələ ötən əsrdən iki örnək yada salaq:Hacı Zeynalabdin Tağıyevin,Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir.Birini də xatırlatmaq yerinə düşər:XX əsrin əvvəllərində həkim işləmiş,sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram,amma çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün hələ də insanların,cəmiyyətin,dünyanın,bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var.Dünyamıza hər cür siyasi oyunlardan,hakimiyyət davasından,torpaq,ərazi iddialarından çox, mərhəmət lazımdır,özü də hava,su kimi.Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var!Yer üzü onların çiyinlərində saxlayır müvazinətini!Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi.Sağlığında bu mərtəbəyə qalxanlar,qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır.Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda,dünyanı fəth etməkdə deyil!Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir.Qəhrəmanlıq insanların beyninə,düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir.Bəli,budur əsil qəhrəmanlıq!İndiki bu çətin dövrdə,ağır şəraitdə kiməsə əl tutmaq,maddi və mənəvi cəhətdən kömək etmək,hər kəsin ağrı-acısını duymaq,bu dərdi özününküləşdirmək hər kişinin işi deyil.Xeyirxahlıq dədə -babalardan qalma bir ənənədir.Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar.

Dəyərli oxucular!
İndi sizə haqqında bəhs edəcəyim insan zəmanəmizin əsil qəhrəmanlarındandır.
Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov üçün ən böyük vəzifə insanların rahat,firavan yaşayışı,əmin-amanlığıdır.Onun üçün insan amili hər şeydən öndədir.O,təkcə rəhbər deyil,eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır.Vüqar Kazımov Uca Allahın yaratdıqlarına hörmətlə yanaşır.Bu cür görən,bu cür düşünən insandan isə pislik gözlənilməz.Yazımın əsas qəhrəmanı  Vüqar Kazımov əsil Allah adamıdır.Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur.Atalar demiş,xoşbəxt o insandır ki,Allah dünyasından yox, axirətindən pay ayırır.Vüqar Kazımov bu cür xüsusiyyətlərə malik bir insandır desəm,yanılmaram.Bəli,həqiqətən də alicənab,əsil vətənpərvər insandır Vüqar müəllim.O,insanlara həm mənəvi,həm də maddi dayaqdır.Onun saysız hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.Həyatda da məhz belə insanlar ucalırlar.İnsanlara dayaq olmaq Tanrı buyruğudur.Vüqar Kazımov Tanrı səltənətinə ucalmış bir insan olmaqla,həm də doğulub boya-başa çatdığı el-oba üçün əziz,dəyərlidir.Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər:ağıllıdır,təvazökardır,sadə və təmkinlidir,əsil Allah adamıdır,sözü ilə əməli bir olan insandır.Eyni zamanda xeyirxahdır Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov nəinki rəhbərlik etdiyi işçi kollektivinə,eyni zamanda ona müraciət edən hər kəsə,o cümlədən şəhid ailələrinə,qazilərimizə,bacardığı köməyi edir,onlardan heç bir dəstəyini əsirgəmir.Mən də son olaraq xeyirxah əməl sahibi olan bu dəyərli insana-Vüqar Kazımovın qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir,Uca Tanrıdan cansağlığı,uzun ömür,ailə səadəti diləyir,Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.

Tarix: 28-12-2022, 11:32 Oxunub: 160


Bölməyə aid digər xəbərlər