09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Xalqın müstəqillik iradəsi dönməz və əbədidir

Müstəqil Azərbaycanın ağır dönəmində xalqı böyük bəladan-Vətəndaş Müharibəsindən xilas edən iki amil var idi: Ulu Öndərin sərt, lakin ağıllı siyasəti və Azərbaycan xalqının azadlıq uğrunda mübarizədəki əzmi, dönməz iradəsi.

 

              Tariximizin ən ağır dönəmlərindən birində 1995-ci ildə məruz qaldığımız hadisələr hələdə yaddaşımızda qara ləkə kimi silinməz olaraq qalıb. Zamanında Qarabağda həm xalqın, həm dəordunun ən böyük ümidlərindən OMON-un qəfildən uğrunda vuruşduğu bütün məqsədlərə xəyanət etməsi, hakimiyyət sevdası xalqımızı güvən travmasına başa gəldi.  Rövşən Cavadovun  1995-ci ilin 13-17 mart aralığında təzəcə Qarabağ yarasını almış Azərbyacan xalqına, xalq tərəfindən hakimiyyəti bərqarar olmuş dövlətə qarşı çevriliş cəhdi fiziki və siyasi olaraq məglub olsa da, xalqın içində yıxılan OMON heykəlinin psixoloji travması uzun müddət sürəcəkdi. Martın 13-ü gecə saatlarında baş qaldıran qiyam, martın 17-si  Silahlı Qüvvələrin dəstələri tərəfindən  üsyançıların düşərgəsi mühasirəyə alınmaqla  yatırılmışdır. I Qarabag Müharibəsində önəmli ərazilərdə böyük uğurlar əldə etmiş Xüsusi Təyinatlı Polis Dəstəsi xalq qəhrəmanına çevrilsə də, onlar xalqın iradəsinə qarşı çıxaraq bütün bu qəhrəmalıqları yerlə bir edə bilmişdilər. Elə qiyamın uğursuzluğunun da səbəbi xalqın Ulu Öndərə olan etimadının tamlığı idi. 

Xüsusi Təyinatlı Polis Dəstəsi olaraq R.Cavadova dəfələrlə DİN-dən qeydiyyatdan keçib xüsusi dövlət orqanı kimi fəaliyyət göstərməsi barədə təkliflər olsa da R.Cavadov qətiyyən razılaşmamış, hətta keçmiş hakimiyyət liderlərini məsələyə cəlb edərək yeni hakimiyyətə qarşı itaətsizlik göstərmişdir. Belə bir halda yeni hakimiyyətin qarşısında çətin vəzifə dayanırdı. OMON-un qarşısını kəskin şəkildə kəsərək, ölkədə baş verə biləcək vətəndaş müharibəsinin qarşısını almaq əsas şərt halını almışdı. Ölkə ziyalılarını zor gücünə, təhdid və şantajlarla öz yanlarına çəkən rejimə artıq dayan deyilməli idi. Eyni zamanda xaricdən də yardımlar alan bölücü Cavadov dəstəsi faktiki olaraq xalqın, formalaşmaqda olan ordunun və yenilikçi dövlətin gözündə xəyanətkar qüvvədən başqa bir şey deyildi. Rövşən Cavadov özünü o qədər çevriliş sevdasına alüdə etmişdi ki, xalqda ona qarşı yaranan nifrəti, dövlətin gözündəki inam və etibarını sönməsini görə bilmirdi. Özü də bilmirdi ki, onun çevriliş fikirlərində öz mənfəətləri üçün istifadə edən xaraktersiz və məqsədsiz partiyalar onun sonunu yaxınlaşdırır. Müstəqil Azərbaycanın ağır dönəmində xalqı böyük bəladan- Vətəndaş Müharibəsindən xilas edən iki amil var idi: Ulu Öndərin sərt, lakin ağıllı siyasəti və Azərbaycan xalqının azadlıq uğrunda mübarizədəki əzmi, dönməz iradəsi.

 

Qəşəm Hadıyev Masallı şəhəri, Müharibə veteranı


Tarix: 28-03-2021, 19:08 Oxunub: 76


Bölməyə aid digər xəbərlər