22:31 / 04-09-2026
İslah, Təhlükəsizlik və İnsan Ləyaqətinə Hörmətin Vəhdəti – Şakir Qəniyev
23:09 / 19-08-2026
AAF Parkda “Qanunsuz Tikinti” İddiası: Sənədlər Nə Deyir, Bəs İcarə və Vergi Məsələsi Necədir?
11:08 / 07-08-2026
Həsən müəllim: Zamanın Sınağından Keçən Liderlik Modeli
00:32 / 31-07-2026
Suraxanıda Mənzil-Kommunal Xidmətlərinin Müasirləşdirilməsi və Abadlıq İşlərinin Uğurlu Təşkili
00:28 / 31-07-2026
Yaşayış Binalarında Nümunəvi Kommunal Xidmətin Təşkilində Peşəkar İdarəçilik
00:24 / 31-07-2026
Keyfiyyətli Çörək İstehsalı və Qida Təhlükəsizliyini Prioritetə Çevirən Uğurlu Fəaliyyət
00:17 / 31-07-2026
Şəkidə Müasir Səhiyyə Xidmətinin Gücləndirilməsi və İnsan Sağlamlığına Xidmət Missiyası
00:09 / 31-07-2026
Hər Süfrəyə Keyfiyyət və Etibar Gətirən Çörək İstehsalı Ənənəsi
00:07 / 31-07-2026
Suraxanı Bazarında Müasir Ticarət Mühitinin Formalaşmasına Yönəlmiş Səmərəli İdarəçilik
21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
Amil Məmmədov: Azərbaycanın dayanıqlı inkişafı - Ulu Öndərin iqtisadi strategiyası

Sabirabad Bələdiyyəsinin sədri Amil Məmmədov - “Dövlətin gücü, inkişafı onun iqtisadi potensialı və mövcud resurslardan səmərəli istifadə ilə bilavasitə asılıdır. Təbii sərvətlərlə, xüsusilə də, neft və qazla zəngin olan ölkəmiz məhz düzgün iqtisadi idarəçilik sayəsində uğurlar əldə edə bilib. Heç şübhəsiz ki, bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi səriştəsi dayanır. Ulu Öndər hələ 1969-cu ildə, ilk dəfə hakimiyyətə gələndə Azərbaycan müttəfiq respublikalar içərisində iqtisadi cəhətdən ən geridə qalmış ölkələrdən biri idi. 1982-ci ildə isə Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin idarəçiliyi ilə SSRİ-də Rusiyadan sonra özünü ən yaxşı təmin edən ikinci ölkə oldu. İqtisadi artım tempi Ümummilli Liderin hakimiyyətdə olduğu bütün dönəmlərdə yüksələn xətlə davam etdi. Heydər Əliyevin Sovet dövründəki hakimiyyəti illərində Azərbaycanın müstəqilliyi üçün yaradılan güclü iqtisadi zəmin sonrakı illərdə öz müsbət nəticəsini göstərdi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlində ölkədə müşahidə olunan iqtisadi durğunluq da məhz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra aradan qaldırıldı”.
Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə əldə olundu: “Ulu Öndər 1993-cü ildən Azərbaycana rəhbərlik edəndən sonra iqtisadiyyyatın bütün sahələrində inkişaf qeydə alındı. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya gələndə respublika iqtisadiyyatı tamamilə dağıdılmışdı, xalqın sosial rifahı olduqca aşağı idi. Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı, coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri ağır böhrandan çıxmağa imkan verdi. Təbii ki, iqtisadi islahatlar aparmadan, düzgün idarəetmə sistemini qurmadan bu böhrandan tezliklə çıxmaq mümkün deyildi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdudluğunu nəzərə alan Ulu Öndər xüsusi qeyd edirdi ki, ilkin olaraq ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan verən iqtisadi istiqamətlər inkişaf etdirilməlidir. Aparılan düzgün siyasət Azərbaycanı qısa zaman kəsiyində dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkələrindən birinə çevirdi. Yeni iqtisadi layihələr hazırlandı, xarici investorlar ölkəmizə dəvət edildi, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu, neft-qaz kəmərləri çəkildi, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsinin təməli qoyuldu. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına təqribən 10 milyard dollar investisiya yatırıldı. Bazar iqtisadiyyatına keçid, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, özəlləşdirmənin həyata keçirilməsi qısa zaman ərzində özünün müsbət nəticələrini göstərdi. Makroiqtisadi sabitliyin əldə olunması, iqtisadiyyatın bütün sahələrində inkişafın müşahidə edilməsi həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri idi. Bazar iqtisadiyyatı yolunda inamla addımlayan Azərbaycanda sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xətti dövlət tərəfindən tam dəstəkləndi. Müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini daim vurğulayan Ulu Öndər zəngin sərvətlərimizdən əldə olunan gəlirlərdən gələcək nəsillərin də faydalanması üçün qətiyyətli addımlar atdı. Ümummilli Lider 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Ulu Öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi”.
Azərbaycanın müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi, xalqın sosial müdafiəsinin təmin edilməsi üçün həyata keçirdiyi çoxşaxəli islahatlar Ulu Öndərin böyük təcrübə, analitik düşüncə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunun təsdiqidir: “Güclü iqtisadi təməl üzərində qurulan Azərbaycan dövləti məhz Ulu Öndərin uzagörən siyasətinin nəticəsi olaraq müasir ordu yaratdı, Silahlı Qüvvələrimiz yenidən təşkil olundu, ən yeni silahlar alındı. Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğaldan azad etdi. Ümummilli Liderin layiqli davamçısı, cənab İlham Əliyevin məhsuldar fəaliyyəti, cəsarətli siyasəti, iradəli addımları sayəsində Azərbaycan böyük uğurlar qazandı. Milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizdə davamlı və dayanıqlı inkişaf tam təmin edildi”.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-12-2024, 10:45 Oxunub: 120
Bölməyə aid digər xəbərlər
14-06-2024, 09:27
Heydər Əliyev siyasəti Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
14-12-2023, 13:08
Şahin Kazımov: Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman ehtiram və minnətdarlıqla yad edir
14-12-2023, 10:27
Rəşad Musayev: Heydər Əliyev - Tarixin fenomenal şəxsiyyəti
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!