09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
AĞSTAFADA HƏR BİR SAHƏDƏ ƏSASLI TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR

 

Heydər Əliyev siyasətinin ən zirvə nöqtəsi Azərbaycan xalqını xoşbəxt xalq kimi görmək, onun üçün böyük arzularını gerçəkləşdirmək, Azərbaycanı müstəqil dövlət səviyyəsində dünyanın nəhəng ölkələrinə tanıtmaq prinsipi idi.O, bunu bacardı. Özü də çox layiqli şəkildə bacardı. Həm də heç kimin bacarmadığı bir səviyyədə bunu bacardı. Odur ki, Azərbaycan xalqı bütün əsrlər boyu dahi Heydər Əliyevə borclu olaraq qalacaqdır.

İnsanlıq proseduru alilik missiyası ilə eynilik təşkil edəndə insan əbədiyyət yolçusu olmağa çətinlik çəkmir.Yaşından asılı olmayaraq ağsaqqal təsiri bağışlayır. Bu onunla xarakterizə olunur ki,dahilik adiliyin   ilkin şəklidir. İnsan adilikdən dahiliyə doğru yol gedir. Və o yolu qət edəndə həyat gerçəkliyi onun daxili duyğularına işıq salır. Bu səbəbdən ulu öndərimiz dahi Heydər Əliyev özünün insanlıq missiyasını əsil həqiqət timsalı kimi bəyan edirdi. Dünya dövlətləri onun siyasətinin bir məqamına bu qənaətdən nəzər yetirdi. 

Bugünkü inkişafın yolu, bax, elə həmin illərdən gəlir. Bu, böyük bir ardıcıllıqdır.Ötən illəri təhlil etsək, görərik ki, nə qədər qaranlıq məsələ öz müsbət həllini tapıb. Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib.

Bu gün respublikamızın rayonlarında əsaslı yenidənqurma işlərinin aparılması təqdirəlayiq haldır və bunun strateji əhəmiyyəti olduqca böyükdür. 

Ağstafa rayonunda  aparılan məqsədəmüvafiq işlərin nəticəsi artıq bu bölgədə yüksəlişin olması ilə xarakterizə olunur. Az müddət ərzində Ağstafada böyük abadlıq və quruculuq işləri həyata keçirilib.Gələcəkdə həlli nəzərdə tutulan bəzi vacib işlərin təntənəsi indidən nikbin əhval-ruhiyyə ilə danışmağa əsas verir. 

Ağstafa  rayon İcra Hakimiyyətinin Başçısının müavini, Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hacıyev İlqar Tofiq oğlu əhalinin sosial həyat vəziyyətinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atır, şəhid aillələrinin, müharibə veteranlarının –qazilərin güzəştli həyat yaşantılarının təmin olunması üçün əlindən gələni əsirgəmir. 

Artıq demək olar ki, Ağstafada hər bir sahədə əsaslı təmir işləri həyata keçirilir.Yaşıllıqların sayı artdıqca arxeoloji sağlamlığın geniş vüsət almasına hər cür şərait yaradılır. Bütün bunların nəticəsidir ki, rayonda yaşayan insanlarda sabaha inam artır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının qayğısı sayəsində bu gün nəinki Ağstafa rayonunda, Azərbaycanımızın hər bir bölgəsində quruculuq işləri geniş vüsət alıb.

Cənab İlham Əliyev dövlətimizin rəhbəri kimi öz əməli işi ilə ümumxalq sevgisi qazanıb.

Böyük sevinc və qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanda hər bir sahədə əsaslı inkişaf nəzərə çarpır.

İnanırıq ki,böyük quruculuq işləri məmləkətimizin tərəqqisi və güclənməsi istiqamətində başlıca vasitə olacaqdır. Və bu ardıcıllıq Ağstafa rayonunda da öz potensialını artıracaqdır.

   P.S. Biz də öz növbəmizdə Ağstafa rayon İcra Hakmiyyətinin başçısı cənab Seymur Vaqif oğlu Orucov, müavini,Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Tofiq oğlu Hacıyev başda olmaqla bütün şura üzvlərini, Ağstafa rayonunun qonaqpərvər, zəhmətsevər əhalisini Qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə ayrı-ayrılıqda cansağlığı, uzun ömür, həyatda və  işgüzar fəaliyyətində səbr arzulayır, Müstəqil Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərinin uğurlu olmasını, Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verməsini diləyirəm.   

Elimizə-obamıza qədəm basmaqda olan yeni 2023-cü il və Dünya azərbaycanlılarının Birlik və Həmrəyliyi günü sizə, ailənizə, yaxınlarınıza və Ağstafa rayonunun bütün əhalisinə  yalnız gözəl, sevincli günlər gətirsin.


Tarix: 20-12-2022, 10:30 Oxunub: 185


Bölməyə aid digər xəbərlər