Heydər Əliyev siyasətinin ən zirvə nöqtəsi Azərbaycan xalqını xoşbəxt xalq kimi görmək, onun üçün böyük arzularını gerçəkləşdirmək, Azərbaycanı müstəqil dövlət səviyyəsində dünyanın nəhəng ölkələrinə tanıtmaq prinsipi idi.O, bunu bacardı. Özü də çox layiqli şəkildə bacardı. Həm də heç kimin bacarmadığı bir səviyyədə bunu bacardı. Odur ki, Azərbaycan xalqı bütün əsrlər boyu dahi Heydər Əliyevə borclu olaraq qalacaqdır.
İnsanlıq proseduru alilik missiyası ilə eynilik təşkil edəndə insan əbədiyyət yolçusu olmağa çətinlik çəkmir.Yaşından asılı olmayaraq ağsaqqal təsiri bağışlayır. Bu onunla xarakterizə olunur ki,dahilik adiliyin ilkin şəklidir. İnsan adilikdən dahiliyə doğru yol gedir. Və o yolu qət edəndə həyat gerçəkliyi onun daxili duyğularına işıq salır. Bu səbəbdən ulu öndərimiz dahi Heydər Əliyev özünün insanlıq missiyasını əsil həqiqət timsalı kimi bəyan edirdi. Dünya dövlətləri onun siyasətinin bir məqamına bu qənaətdən nəzər yetirdi.
Bugünkü inkişafın yolu, bax, elə həmin illərdən gəlir. Bu, böyük bir ardıcıllıqdır.Ötən illəri təhlil etsək, görərik ki, nə qədər qaranlıq məsələ öz müsbət həllini tapıb. Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib.
Bu gün respublikamızın rayonlarında əsaslı yenidənqurma işlərinin aparılması təqdirəlayiq haldır və bunun strateji əhəmiyyəti olduqca böyükdür.
Salyan rayonunda aparılan məqsədəmüvafiq işlərin nəticəsi artıq bu bölgədə yüksəlişin olması ilə xarakterizə olunur. Az müddət ərzində Salyanda böyük abadlıq və quruculuq işləri həyata keçirilib.Gələcəkdə həlli nəzərdə tutulan bəzi vacib işlərin təntənəsi indidən nikbin əhval-ruhiyyə ilə danışmağa əsas verir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı cənab Hətəmov Sevindik Hacağa oğlu əhalinin sosial həyat vəziyyətinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atır, şəhid aillələrinin, müharibə veteranlarının –qazilərin güzəştli həyat yaşantılarının təmin olunması üçün əlindən gələni əsirgəmir.
Artıq demək olar ki, Salyanda hər bir sahədə əsaslı təmir işləri həyata keçirilir.Yaşıllıqların sayı artdıqca arxeoloji sağlamlığın geniş vüsət almasına hər vəchlə şərait yaradılır. Bütün bunların nəticəsidir ki, rayonda yaşayan insanlarda sabaha inam artır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının qayğısı sayəsində bu gün nəinki Salyan rayonunda, Azərbaycanımızın hər bir bölgəsində quruculuq işləri geniş vüsət alıb.
Cənab İlham Əliyev dövlətimizin rəhbəri kimi öz əməli işi ilə ümumxalq sevgisi qazanıb.
Böyük sevinc və qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanda hər bir sahədə əsaslı inkişaf nəzərə çarpır.
İnanırıq ki,böyük quruculuq işləri məmləkətimizin tərəqqisi və güclənməsi istiqamətində başlıca vasitə olacaqdır. Və bu ardıcıllıq Salyan rayonunda da öz potensialını artıracaqdır.
P.S. Biz də öz növbəmizdə Salyan rayon İcra Hakmiyyətinin başçısı cənab Hətəmov Sevindik Hacağa oğlu başda olmaqla bütün şura üzvlərini, Salyan rayonunun qonaqpərvər, zəhmətsevər əhalisini Qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə ayrı-ayrılıqda cansağlığı, uzun ömür, həyatda və işgüzar fəaliyyətində səbr arzulayır, Müstəqil Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərinin uğurlu olmasını, Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verməsini diləyirəm.
Elimizə-obamıza qədəm basmaqda olan yeni 2023-cü il və Dünya azərbaycanlılarının Birlik və Həmrəyliyi günü sizə, ailənizə, yaxınlarınıza və rayonunuzun bütün əhalisinə yalnız gözəl, sevincli günlər gətirsin.
Bölməyə aid digər xəbərlər