
"Bazara gedən hər bir insan bilməlidir ki, infeksiyaya yoluxa bilər". Bunu açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev "Vasmoy" bazarını əks etdirən fotolardan danışarkən deyib. Həkim bildirib ki, bu yolverilməzdir: "İnsanlara dəfələrlə məlumat verilib ki, kütləvi yerlərdə maska və əlcəkdən istifadə edilməlidir.
Bir yerdə çox dayanmaq olmaz. Bu, infeksiyanın yayılması üçün əsas faktordur. Bazarda işləyən yaxud da alış-verişə gedənlərin icazəsi varmı? İlk öncə bunu yoxlamaq lazımdır. Bu, dövlətdən çox insanların özünə lazım olan məsələdir. Bazara gedən insan bilməlidir ki, infeksiyaya yoluxa bilər".
Cəlal İsayev qeyd edib ki, bazarlarda üstü açıq şəkildə satılan bütün kənd təsərrüfatı məhsullarıyla bağlı məsələylə isə Qida Təhlükəsizliyi Agentliyi məşğuldur.
Qeyd edək ki, Mətbuatda Bakının "Vasmoy" kimi tanınan bazarından foto-reportaj hazırlayıb. Fotolardan xüsusi karantin rejiminin mayın 4-ünə kimi uzadılmasına baxmayaraq, bazarda şıdırğı alver getdiyi görünür.
Əslində insanların dolanışıq məsələsini nəzərə alsaq bazarın işləməsi indiki vəziyyətdə vacibdir. Amma əgər rayon rəhbərliyi bu bazarı bağlamırsa o zaman zəhmət çəkib insanların təhlükəsizliyini təmin etməlidir. Bazar ciddi şəkildə dezinfeksiya olunmalıdır, sosial məsafə gözlənməlidir və buna rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunmalıdır. İnsanlar məlumatlandırılmalıdır, qorunmalıdır.
Bölməyə aid digər xəbərlər















