09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
“Qarabağ əlilləri rüsumlardan azad deyil” - Musa Quliyev problemin həllinə ÇAĞIRDI

“Qarabağ əlilləri rüsumlardan azad deyil” - Musa Quliyev problemin həllinə ÇAĞIRDI


“Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir”.
Bunu Milli Məclisin iclasında çıxış edən deputat Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil:

“Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və uyğunsuzluğu aradan qaldıraq”.

Çıxışının sonunda Musa Quliyev həmkarı Naqif Həmzəyevin təklifini də dəstəkləyib:

“Gəncə aeroportuna Nizami Gəncəvinin adının verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması, gələn turistlərin daha çox məlumat alması baxımından bu çox yaxşı addım olar”.

Tarix: 12-02-2021, 12:16 Oxunub: 87


Bölməyə aid digər xəbərlər