21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Dağlıq Qarabağın azərbaycanlı icması: “Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq”

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb.
İcmadan verilən məlumata görə, bəyanatda deyilir:
“Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən artan qlobal təlatümlər fonunda, bu dəyərləri gücləndirmək əvəzinə, onsuz da zəifləmiş beynəlxalq təhlükəsizliyi təhdid altına alan sülh defisitinin şahidi oluruq.
BMT Baş katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfində müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir.
12 iyul 2020-ci ildə pandemiya dövründə Ermənistan həyati əhəmiyyətli kommunikasiya xətlərinin keçdiyi yeni Azərbaycan ərazilərini ələ keçirmək üçün hücuma başladı. Bu, son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün davamıdır. Məhz bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır və bir milyona yaxın yurdlarından didərgin salınmış azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmirlər.
Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmək üçün, bu ərazilərdə qanunsuz yaşayış məskənləri salır. Hətta, bu yaxınlarda Beyrut limanında baş verən dəhşətli partlayışdan belə öz mənfur əməlləri üçün sui-istifadə edərək, bir sıra erməni ailələrinin Livandan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə başlayıb. Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və çox ciddi müharibə cinayətləridir.
Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Hakopyan bir yandan riyakarcasına sülh çağırışları edərkən, digər tərəfdən işğal olunmuş Azərbaycan ərazilərində erməni qadınları üçün hərbi təlim keçirir. Buradan belə bir sual doğur: Ermənistanın “sülhsevər” Baş nazirinin “sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyinərək, o ölkənin xalqına silah yönəldərək nəyə nail olmaq istəyir?
Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış azərbaycanlı əhalisi kimi, biz keçən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduq. İcmamızın münaqişənin həlli üçün konstruktiv dialoq çağırışlarına, təəssüflər olsun ki, Ermənistan tərəfi hər zaman etnik nifrət, hiddət və inkarçılıqla qarşılıq verib.
Sülh şəraitində birgəyaşayışın mümkünlüyünə inandığımızı bəyan edərək, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkmək və bizim öz əzəli yurdumuza dönüşümüzə şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq. Çağırışımızın həyata keçməsi, sülhsüz keçirdiyimiz “Sülh Günü”nün əsl mahiyyətini həyatımızda hiss etməyə bizə imkan verərdi”.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-09-2020, 14:31 Oxunub: 93
Bölməyə aid digər xəbərlər
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib