21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Pərviz Əliyev: Ailəmiz də, hədəfimiz də birdir

Lənkəran rayonu Qumbaşı kənd tam orta məktəbinin direktoru Pərviz Əliyev - Azərbaycanda ictimai - siyasi sabitliyin hökm sürməsi vətəndaş birliyinin və həmrəyliyinin təmin edilməsi, siyasi partiyaların və ictimai təşkilatların sərbəst fəaliyyətinə önəm verilməsi dövlətimizin başlıca uğurlarındandır. Tolerantlığa və multikultural ənənəsinə sadiq olan ölkəmizdə insanlara millətinə, dininə, əqidəsinə görə deyil vətəndaş mövqeyinə görə qiymət verilir və ayrı seçkilik tamamilə aradan qaldırılmışdır. Bu gün hər bir Azərbaycan vətəndaşı milliyətindən asılı olmayaraq ölkəmizin inkişafı və nüfuzu naminə eyni mövqedən çıxış edir, qələbələrimizdən sevinir, uğurlarımızdan qürurlanır. 44 günlük müharibə, 23 saatlıq anti - terror tədbirləri göstərdi ki, Azərbaycan xalqı vahiddir, birdir və Vətəni müdafiə etməyə, düşməni susdurmağa qadirdir. Bu müharibədə əksər siyasi partiyalar, vətəndaş cəmiyyətləri də birlikdə olduqlarını, torpaqlarımızın düşməndən azad edilməsi naminə birləşdiklərini nümayiş etdirdilər.
Ulu Öndərimiz Heydər Əliyev xatırladırdı ki, “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”. Dahiyanə deyilmiş bu kəlamda bir Vətən, torpaq məhəbbəti, xalq təəssübkeşliyi, mənəvi zənginlik, məsləyə, milli - mənəvi dəyərlərə sadiqlik var və bu, nəinki dünənimiz üçün vacib idi, bu günümüz və gələcəyimiz üçün, hər vaxt, hər saat əhəmiyyətlidir, qiymətlidir.
Çünki Vətənə, xalqa müxalifətdə olmaq, dövlətin uğurlarına kölgə salmaq, qara yaxmaq, insanların öz qanları hesabına əldə etdikləri qələbəni inkar etmək düşmənçilikdir, nankorluqdur, nadanlıqdır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə yaşayan bütün xalqların, azlıqların, birliyinin təmin edilməsini, onlara eyni münasibət göstərilməsini, iqtidarı, müxalifəti, siyasi baxışları, dinləri müxtəlif olan insanların vətənin mənafeyi naminə birgə fəaliyyətə istiqamətləndirilməsini əsas vəzifə kimi qarşıya qoyurdu. Daha rəhbər tərəfindən əsası qoyulan və inkişaf etdirilən Azərbaycançılıq ideologiyası məhz birliyimizə, həmrəyliyimizə, vətənin, xalqın xoşbəxt gələcəyi üçün yekdil mübarizəmizə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində Ulu Öndərimizin ölməz ideyalarına arxalanmaqla mövcud reallıqlara əsaslanır və xalqın birliyinin təməlini gündən - günə möhkəmləndirir, vətəndaş həmrəyliyini, mübarizliyini inkişafımızın, qələbəmizin uğuru kimi qiymətləndirir. Ölkəmizin rəhbəri bildirir ki, “Əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai - siyasi quruluşundan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə xalqlar bir ailə kimi yaşamışlar”.
Cənab İlham Əliyev bu ailənin başçısıdır və ailə üzvlərinin mənafelərini qorumaq, onların təhlükəsizliyini təmin etmək, həyatlarını mənalandırmaq, güzəranlarını yaxşılaşdırmaq nə qədər çətin olsa da, o qədər şərəflidir, məsuliyyətlidir. Bu ailənin üzvlərinin fikirləri, baxışları müxtəlif ola bilər, ancaq hər bir kəs onun müqəddəsliyini qorumalı, taleyi barədə düşünməlidir.
Son illərin çətinlikləri, ağır müharibə günləri dövlətimizin və ailəmizin yekdilliyini sübut etdi, dünyaya göstərdi. Həm də aramızdakı naxələflərin, dağıdıcı müxalifətin, dövlətimizə və xalqımıza düşmən mövqedə duranların iç üzünü açıb aydın göstərdi.
Müharibə günlərində ölkədə ki, bütün siyasi partiyalar və vətəndaş cəmiyyətləri bir araya gəldikləri halda AXCP və Milli Şura, Müsavat partiyası bundan imtina etdi. Xüsusilə AXCP partiyası dağıdıcı mövqe tutdu, nəinki həmrəylik nümayiş etdirdi, əksinə qələbələrimizə kölgə saldı, ermənipərəst mövqe tutdu, öz saxta bəyanatları, çıxışları ilə xaricdə əleyhimizə təbliğat aparan Sevinc Osmanqızıların, Qənimət Zahidlərin dəyirmanına su tökdü, haqqımızda yalan məlumatlar sərgilədi.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən siyasi partiyaların, vətəndaş cəmiyyətlərin fəaliyyətinə, onların rolunun artırılmasına, bir məqsəd uğrunda mütəşəkkilliyin təmin edilməsinə böyük önəm verir. O, partiyalar arasında siyasi dialoqun qurulmasının, fikir mübadilələri edilməsinin, ölkənin inkişafı üçün müsbət işlərin dəyərləndirilməsinin, həm də nöqsanların qabardılmasının və bunun üçün təkliflər irəli sürülməsinin, məsələlərin operativ həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş və bu gündə istəklərini həyata keçirmək istiqamətində əsaslı tədbirlər görməkdədir.
Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və ölkə rəhbərinin tapşırıqları əsasında şöbənin çox mühüm tədbirlər həyata keçirməsi, siyasi partiya rəhbərləri, vətəndaş cəmiyyəti üzvləri, siyasətlə məşğul olan insanlarla vaxtaşırı görüşlərin təşkili, problemlərin aradan qaldırılmasında əldə olunan nəticələrin şərh edilməsi, siyasi dialoqun ildən - ilə genişləndirilməsi bunun parlaq nümunəsidir.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021- ci ildə keçirilən qurultayında Partiyanın sədri, ölkə rəhbəri İlham Əliyev öz çıxışında bir daha bildirmişdir ki, “Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyəti var”.
Dövlətimizin başçısının söylədiyi fikirlər, qarşıya qoyduğu vəzifələr dialoqun inkişafı, sağlamlaşdırılması, onun üçün münbit şəraitin yaradılması və imkanların genişləndirilməsi nəinki bu günümüz, eləcə də gələcəyimiz üçün çox faydalıdır. Bu siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığa zəmin yaradır və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Mayın 16 - da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə Nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş bu baxımdan xarakterikdir.
Dövlət qurumları ilə birlikdə ilk dəfə keçirilən bu görüşdə siyasi partiyalar haqqında yeni qanunun tətbiqi ilə əlaqədar siyasi partiyaların bu prosesdə iştirakının səviyyəsinin gündəmə gətirilməsi, maliyyə hesabatının izahı, ölkədə və xaricdə baş verən hadisələrə yanaşmanın vurğulanması, uğurların təbliği və müəyyən problemlərin aradan qaldırılması sahəsində təşəbbüskarlığın artırılmasının diqqətdə olması tədbirə yeni bir dəyər verdi. Çünki bu görüş bilavasitə milli birliyin və həmrəyliyin təmin edilməsinə yönəldilmişdi və siyasi partiyalar tərəfindən reallıqlara qiymət verilməsi, problemləri qaldırmaq və həllinin yollarını göstərmək üçün əlverişli platformadır. Ölkədə mövcud olan bütün siyasi partiyalar görüşdə iştirak etsələr də AXCP bu tədbirə qatılmadı və iştirak etmədiyi halda Əli Kərimli başda Müsavat Partiyası olmaqla iştirakçıların çoxunu siyasi xəyanətdə günahlandırdı, onları satqın adlandırdı. Müsavat partiyasının həqiqi müxalifət mövqeyindən uzaqlaşdığını söyləyərkən Ə. Kərimli, Tofiq Yaqublu və digərləri görəsən nəyi nəzərdə tuturlar? Danışıqlara getmək, dialoq qurmaq, reallıqlara münasibət bildirmək, təkliflər vermək xəyanətdirmi? Yox! Xəyanət, nadanlıq Azərbaycanın düşmənlərindən dərs almaq, onların tapşırıqlarını yerinə yetirmək, pul alıb dövlətin mənafelərini satmaq, mətbuatda, sosial şəbəkələrdə dövlətçilik maraqlarına zidd statuslar yazmaq, videolar paylaşmaq, yalan, şantaj kompaniyaları təşkil etmək, uğurlara kölgə salmaq, insanları ləkələməyə cəhd göstərməkdir. “AXCP - siz görüş nə deməkdir”? fikrində olan partiya funksionerləri bir şeyi başa düşmürlər ki, onlar ağalarının razılığı olmadan belə görüşlərə qatılmağa qadir deyillər və qatılsalar da əksər siyası partiyaların nifrəti ilə qarşılana bilərlər. Çünki AXCP - nin xarici ölkələr və bəzi beynəlxalq fondlar qarşısında götürdüyü öhdəliklər bu bu görüşə qatılmağa imkan vermir. Anti - Azərbaycançı dairələrin ölkəmizə qarşı apardıqları məkrli, çirkin kampaniyalara dəstək verən, ölkəmizdə qarışıqlıq, qarşıdurma yaratmağa daim can atan, sabitliyi pozmağa cəhd edən AXCP - nin son günlərdə parlament seçkilərini hədəfə alması, qarayaxma kompaniyasının genişləndirilməsi Fransanın pulundan, orada oturan bədxahların əməllərindən qaynaqlanır və ölkə daxilindəki radikallar - Əli Kərimlilər tərəfindən davam etdirilir. Məlumdur ki, xaricdə yaşayan anti - Azərbaycançı qüvvələrlə, dövlətimizə, millətimizə xəyanət edən qruplarla, “blogerlərlə” Əli Kərimli sıx əlaqədədir və bunu hər bir vətəndaşımız yaxşı bilir.
Ona görə də AXCP - nin, Əli Kərimlinin hansısa bir dialoqda iştirak edib - etməməsi insanlarımızı bir o qədər də düşündürüb narahat etmir. Vətəndaşları qürurlandıran qələbələrimiz, beynəlxalq aləmdə qazanılan uğurlarımız, gələcək inkişafımız, ərazilərimizin bərpası, qurulub - tikilməsi və insanların yurd - yuvalarına qayıtması, sülh müqaviləsinin imzalanması, həyatlarının, yaşayışlarının yaxşılaşdırılmasıdır. İndiki vaxtda, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına zəmin yarandığı, həm də elə bu ölkədə, eləcədə Gürcüstanda nümayişlərin, qarşıdurmaların baş alıb getdiyi bir dövrdə Cənubi Qafqaz regionunda gərginliyin səngiməsi fonunda həyata keçirilən hər bir tədbir, xüsusilə siyasi dialoq mühitinin formalaşdırılması və yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir.
Qonşu dövlətlər belə dialoqu xarici dövlətlərin ABŞ - ın, Fransanın, bəzi beynəlxalq təşkilatların, fondların köməyinə arxalanaraq yardımçıların, kənar qüvvələrin dəstəyi ilə təşkil etdikləri halda Azərbaycan vasitəçi olmadan, öz iradəsinə əsaslanaraq təşkil edir və səmərəsini görür.
Buna ölkədə yaranan ictimai - siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyi, konstruktiv əməkdaşlığa göstərilən səylər və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, xalqın öz rəhbərinə olan sonsuz inam və ehtiramı imkan verir, dövlət qurumlarına və siyasi partiyalara öz fəaliyyətlərini genişləndirmək üçün yollar açır. Azərbaycan Prezidentinin sülh, əminamanlıq, demokratiya, əməkdaşlıq amalları, əməlləri artıq bütün dünyaya məlumdur və rəhbərimiz verdiyi vədi, sözü əməlləri ilə yerinə yetirir və yetirməyə qadirdir. Bunu görülən işlər, həyata keçirilən tədbirlər sübut edir.
Birlik, həmrəylik, siyasi dialoq, qarşılıqlı əməkdaşlıq bu əməllərin, tədbirlərin tərkib hissəsidir və bu meyarlara önəm verilməsi Azərbaycanın gələcək inkişafına, ictimai - siyasi sabitliyin bərpasına, vətəndaşların rahatlığına, sərbəstliyinə, rifahına hesablanmışdır ki, bu da qürurvericidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-06-2024, 12:50 Oxunub: 214
Bölməyə aid digər xəbərlər
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
20-02-2024, 12:52
Bizim ailəmiz -Türk dünyasıdır- İlham Əliyev / FOTO-VİDEO
8-10-2020, 12:42
Vətəndaşlar Prezidentə yazırlar: “Ordumuzun güclənməsi sizin zəhmətinizin sayəsindədir”
18-09-2020, 09:56
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb — FOTO