21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Səbuhi Abdullayev: “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmət
E.Məmmədov adına Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayev - “Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövr Zəfər səhifələrinin yazılması, Böyük Qayıdış Proqramının uğurlu icrası ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın 28 May-Müstəqillik Günündə Ağdam və Xocalı rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki keçən il Müstəqillik Günündə cənab İlham Əliyev Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Ağalılar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il Müstəqillik Günündə isə Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Bu günədək soydaşlarımızın qayıtdıqları Füzulu, Laçın, Şuşa şəhərlərinin sırasına Xocalı şəhəri də daxil oldu. Bu qayıdış, eyni zamanda, Ağalı, Talış, Zabux və Sus kəndlərində də reallığa çevrilib. Həm bu ünvanlara, həm də yenilərə köç davamlı şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev cari ilin, həmçinin qarşıdakı dövrün hədəflərini açıqlarkən bildirmişdir ki, bu il məcburi köçkünlərin qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. O sırada Sus kəndi nəzərdə tutulmuşdur. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin bərpasına artıq start verilib. Ümumilikdə Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarmaları əsas hədəflərdəndir.”
Cari il üçün nəzərdə tutulan qayıdış ünvvanlarından Şuşa, Xocalı şəhərləri və Sus kəndi reallaşıb: “Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bu müjdəni çatdırdı ki, sentyabr ayından Xankəndi şəhərinə də köç başlayır. Suverenliyimizin bərpasından, Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda ucaldılmasından çox qısa müddətdə belə böyük miqyasda işlərin görülməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Xalqımız 30 il bu günü səbirsizliklə gözlədi. 30 ildə bir gün də olsa ümidini itirməyən soydaşlarımız dövləyimizin qətiyyəyi, düşünülmüş siyasəti nəticəsində tarixi ədalətin Zəfər çalacağına əmin idi. Dövlət başçısı İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi kimi, hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik. Cənab İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq. Burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.”
Hər bir Zəfər yeni-yeni hədəfə doğru atılan mühüm addımdır: “Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olmaqla yanaşı, sülh müqaviləsinin imzalanmasıdır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla yeni səhifənin açılması üçün bu mühüm addımın atılması əsasdır. O da məlumdur ki, mayın 24-də işğaldan azad edilmiş Qazaxın 4 kəndində Azərbaycan Bayrağı ucaldıldı. Bu Zəfərə hər hansı vasitəçinin iştirakı olmadan nail olduq. Sülh müqaviləsinin imzalanmasının bir addımlığındayıq.”
Cənab İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir: Dövlət başçısı Xocalı sakinləri ilə görüşündə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına da diqqəti yönəldərək bildirdi ki, uzun illər bu məsələ müzakirə edildi. Hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçildi, layihə hazırlandı. Ancaq bu Memorial Kompleksin Xocalıda yaradılacağına əmin idim və belə də oldu. Bu il fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Bütün dünya erməni vəhşiliyini görəcək. Bunu hər kəs bilməlidir: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”
Bölməyə aid digər xəbərlər

Tarix: 3-06-2024, 13:03 Oxunub: 92
Bölməyə aid digər xəbərlər
30-05-2024, 13:46
Anar Məcidov: O gün gəldi
7-05-2024, 14:06
Faiq Seyidov: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi