Polis mayoru Biləsuvara rəis müavini göndərildi

Polis mayoru Biləsuvara rəis müavini göndərildi


Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş inspketoru, polis mayoru Qoşqar Kazımov vəzifəsindən azad edilib. 

O, Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub.

Tarix: 3-09-2020, 12:07 Oxunub: 82


Bölməyə aid digər xəbərlər