09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Xalqa, dövlətə, dövlətçiliyə xidmət



Azərbaycan Polisi, Azərbaycan övladlarının polisidir, milli polisdir. Polis əməkdaşı Qanunun aliliyini rəhbər tutmalıdır. Qanunlarmıza daima hörmət etməlidir. Vətəninə, torpağına hədsiz sədaqatli olmalıdır

Ümummilli Lider Heydər Əliyev


Salam əziz və hörmətli izləyicilərimiz. Son günlərdə Vətənimizin gözəl guşələrindən biri olan Göyçay rayonunda, Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi baş leytenant Vüsal Həsənovun iştirakı ilə tədbirə layiq reydlər keçirildi. Keçirilən reydlər zamanı qanunlarımıza zidd əməllərlə narkotik maddanin təsiri altında olan nəqliyyat vasitəsini idarə edən sürücülər, nəqliyyat vasitəsini dövlət qeydiyat nişanı olmadan idarə edən sürücülər, işıqforun qırmızı işığına məhəl qoymayaraq qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər, spirtli içki təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər, Göyçay rayon YPX nin əməkdaşları tərəfindən aşkar edildi. Dərhal YPX nin Polis rəisi Vüsal Həsənovun  təlimatı ilə nəqliyyat vasitələri qanunla duracağa aparılaraq, sürücülərin barəlarində inzibati qaydada cərimələr tətbiq edildi. Bu da Möhtərəm Prezidentimizin qətiyyətli siyasətinin nəticəsidir ki, Polis Əməkdaşları bu şərəfli peşəni layiqincə yerinə yetirir və biz vətandaşların təhklükəsizliyini daima qoruyurlar. Diqqatinizə görə təşəkkür edirəm.

Kamil



Tarix: 11-11-2022, 10:43 Oxunub: 139


Bölməyə aid digər xəbərlər