09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı oldu

Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı oldu


Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub.

Monitorinq Mərkəzində Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər-red) xidmət göstərəcək.

Ağdamda fəaliyyətə başlayan mərkəzdə Türkiyəni təmsil edən şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.

Tarix: 30-01-2021, 13:14 Oxunub: 44


Bölməyə aid digər xəbərlər
15-04-2021, 14:16 "İNKLÜZİV İNCƏSƏNƏT"