09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Dövlət başçısı: "Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik"

Dövlət başçısı: "Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik"


"Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir".
Report xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər:

"Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik".

Tarix: 24-10-2020, 11:46 Oxunub: 41


Bölməyə aid digər xəbərlər