10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
ANONS! BAŞ HƏKİM BEYLƏQAN SƏHİYYƏSİNİ İFLİC VƏZİYYƏTƏ SALIB - Cənab Prezidentin nəzərinə


Beyləqanda baş həkim cib yox, həm də baş kəsir
Bu gün ölkənin əksər xəstəxanalarında rüşvətxorluq və özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır.
Bunun üçün zəmin hazırlayır. İnsanlarımız sağalmaqliq üçün xarici ölkələrə üz tuturlar. İnsanları ölkədən xaricə müalicəyə qaçmağa məcbur edən tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasıdır.
Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəhbərliyindən narazılıqları artırır. Adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.
Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi pis cərrah deyil, sünnət edir, qulaq deşir, saxta sənəd verib, rüşvət alır
Güman edirik ki, nazir və rayonun icra başçısı Əli Məmmədovun qeyd etdiyimiz və etmədiyimiz bəd əməllərinin ifşa olunmasına və cəzalanmasına biganə qalmayacaqlar. Beyləqan Xəstəxanasının rayon əhalisinə xidmət etməsinə nail olacaqlar.
Yazının ardı var.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Tarix: 5-03-2021, 13:00 Oxunub: 180


Bölməyə aid digər xəbərlər