23:06 / 05-06-2026
Camal Rüstəmov: Enerji strategiyasının uğurları
23:04 / 05-06-2026
Rasim Kazımov: Enerji sahəsində innovativ həllər
22:32 / 05-06-2026
Şəmkirdə ağız və diş sağlamlığının etibarlı ünvanı – Elməddin Mirzəyevin peşəkarlıq və insanlıq yolu
23:23 / 04-05-2026
Ruslan müəllim: Millətin yaddaşında ucalan liderlik məktəbi – Heydər Əliyev və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
23:20 / 04-05-2026
Seymur Musayev: Heydər Əliyev – Dövlətçiliyin yenidən doğuluşunu təmin edən tarixi iradə və Azərbaycanın gələcəyə açılan yolu
23:16 / 04-05-2026
Dövlətçilik düşüncəsinin sabit dayağı və ictimai etimadın ünvanı – Eldar Quliyevin çoxşaxəli fəaliyyəti
23:11 / 04-05-2026
Təhsilin işığında formalaşan nümunəvi rəhbərlik yolu
23:08 / 04-05-2026
Tərtərdə dövlətçilik ruhunun yaşadıldığı, sosial həmrəyliyin gücləndiyi və abadlığın həyat tərzinə çevrildiyi bir idarəetmə modeli
22:54 / 04-05-2026
Yolların Etibarlı Qurucusu və Məsuliyyətli Mühəndis – Fazil Qasımovun Peşəkar Yolçuluğu
22:36 / 04-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
10:37 / 29-04-2026
Dəniz Sənayesinin Səssiz Qəhrəmanı – Rəfail Mikayılovun Fədakar Rəhbərliyi
22:57 / 28-04-2026
“Orbita” MTK rəhbəri Famil Bağıyev – Şəhərsalma və Tikinti Mədəniyyətinə Töhfə Verən Fədakar İdarəçi
22:51 / 28-04-2026
Tahir Məmmədov: Şamaxının İnkişaf Yolunda Səbir, Məsuliyyət və Davamlı Əmək Fəlsəfəsi
22:49 / 28-04-2026
Hüseyn Əfəndiyev – Yasamal rayonunun inkişafında məsuliyyətli idarəçilik və xidmət nümunəsi
22:47 / 28-04-2026
Cavid Muradov – Sabunçunun təhlükəsizliyinə sadiq rəhbər, qanunun keşiyində duran nümunəvi polis siması
22:41 / 28-04-2026
Nəsimi rayonunun abadlığına həsr olunmuş ömür: Nizami Mayılovun məsuliyyət və xidmət yolu
22:38 / 28-04-2026
Rəsul müəllim: İşığa Çevrilən Elm və İnsanlıq - Akademik Zərifə Əliyevanın 103 illik əbədiyyət yolçuluğu
23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
Tehran Mənsimov ilk dəfə müharibə və Şuşa əməliyyatı haqda danışdı: "O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər" - FOTO

İkinci Qarabağ müharibəsinin xalq arasında ən çox məşhurlaşan qəhrəmanlarından biri də heç şübhəsiz ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin polkovniki Tehran Mənsimovdur. Onun Hadrut və Şuşa istiqamətində apardığı döyüşlərin bir çox epizodları həmin dövrlər sosial şəbəkələrdə sürətlə yayılırdı. Tehran Mənsimov bu döyüşlərdə əsgərləri ilə birlikdə düşməni çətin keçilən meşələrdən, dağlardan qova-qova Şuşaya qədər irəlilədi.
Virtualaz.org bildirir ki, polkovnik bu döyüşlər haqda ilk dəfə danışıb, Naxçıvanın "Şərq qapısı" qəzetinə verdiyi müsahibədə Şuşaya qədər necə irəlilədiklərindən, əsgər və zabitlərin, Naxçıvan xüsusi təyinatlılarının döyüşçülərinin canları, qanları hesabına qələbəni necə yaxınlaşdırmasından danışıb.
"Döyüş zamanı biz Hadrut-Füzuli-Xocavənd, Hadrut-Şuşa, Hadrut-Xankəndi istiqamətlərində bölündük. Birinə şəhidimiz Anar Əliyev, digərinə isə mən rəhbərlik edirdim. İlk döyüşdən bir epizodu sizinlə paylaşmaq istəyirəm. Hadrut istiqamətində döyüşlər gedirdi. Oranın çox mürəkkəb reylefi var: həm dağlıq, həm də sıx meşəlikdir, ərazini yaxşı tanımırdıq. Çünki uzun illərdir, ermənilərin işğal etdiyi bir yer idi. Bilirdik ki, nə qədər təmizləsək də, bəlli olmayan yerlər də var. Şəhərdə pusqu qurmuşdular. Əsgərlərimiz ilk dəfə döyüşə girməsinə baxmayaraq, pusqunu yardılar. Onu deyim ki, verilən hər bir tapşırığı alnıaçıq yerinə yetirə bildik", - polkovnik Mənsimov deyir.
İgid zabit daha sonra Şuşaya hücum barədə danışıb. Deyib ki, onun başçılıq etdiyi qruplaşma Daşaltı və ətrafında möhkəmlənərək xüsusi təyinatlıların Şuşaya sızmasına şərait yaradıb. Həmin istiqamətdə bir neçə gün çox ağır döyüşlər gedib.
Polkovnik deyir: "Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşlatını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.
Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi".
T.Mənsimov bildirib ki, Naxçıvan xüsusi təyinatlılarının Hadrut şəhəri və ətrafında olan yüksəkliklərin, Qarakollu, Edili, Axullu, Düdükçü, Zərgər, Qaraçuğ, Yuxarlı Yağlıvənd, Veysəlli, Meşdağlar, Domi, Tuğ, Çanaqçı, Sığnaq, Qacar, Divanalılar kəndlərinin, eləcə də Daşaltı və Şuşanın azad olunmasında müstəsna xidmətləri olub. Hətta bir çox strateji yüksəkliklərin ələ keçirilməsində iştirak ediblər.
"Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər. Nəinki, şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib", - Tehran Mənsimov deyir.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-01-2021, 11:19 Oxunub: 126
Bölməyə aid digər xəbərlər
15-01-2021, 11:41
Prezident: "Şanlı Azərbaycan Ordusu bu istiqamətdə hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxartdı"
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib