09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşıma xərcləri artıb

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşıma xərcləri artıb


Azərbaycan neftinin dünya bazarına daşınmasında vasitəçilik edən Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri ilə daşınan hər barel neft üçün “keçid haqqı”nı artırır.

“Habertürk” xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “British Petroleum” şirkəti ilə görüşlər yekunlaşıb. Məlumata əsasən həmin haqqın yaxşılaşdırılması ilə bağlı razılıq əldə olunub və tərəflər gizlilik qərarı verib. Buna görə də, yeni "keçid haqqı" ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Türkiyəyə ödənilən sözügedən haqq daha əvvəl 55 sent səviyyəsində olub. Dünya üzrə bənzər boru xətləri üzrə keçid haqqının isə 1,5-2 dollar olduğu qeyd olunur.

BTC Neft Boru Kəməri ilə Xəzər bölgəsində hasil olunan neft Ceyhana nəql olunur, daha sonra beynəlxalq bazarlara tankerlər vasitəsilə çatdırılır. Xəttin gücü ildə 50 milyon ton, gündə 1 milyon bareldir. BTC boru kəmərinin ümumi uzunluğu 1768 km-dır. Xəttin Türkiyə üzrə uzunluğu 1076 min km-dır.

Tarix: 21-04-2021, 15:34 Oxunub: 88


Bölməyə aid digər xəbərlər