09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Səfər Mehdiyev: “Gömrük orqanları büdcəyə ödənişləri artırıb”

Səfər Mehdiyev: “Gömrük orqanları büdcəyə ödənişləri artırıb”


2020-ci il gömrük orqanları üçün uğurlu bir il kimi yadda qalıb.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.

“Gömrük orqanları tərəfindən 2015-2017-ci illərdə 6 milyard 493 milyon manata yaxın vəsait dövlət büdcəsinə toplanılıb. 2018-2020-ci illər ərzində isə bu göstərici artıq 11 milyard 780 milyon manat olub.

Əvvəlki 3 illə müqayisədə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 5,3 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu da büdcə daxilolmalarında DGK-nın xüsusi çəkisini  9,1 faizdən 18-19 faizə qədər artırıb”, - deyə Səfər Mehdiyev əlavə edib.

Tarix: 4-03-2021, 12:03 Oxunub: 65


Bölməyə aid digər xəbərlər