09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Dollarla bağlı PİS XƏBƏR

Dollarla bağlı PİS XƏBƏR


ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellenin fəaliyyəti dolların uzunmüddətli enişinə səbəb ola bilər.

Report” xəbər verir ki, bunu “Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib.

Nəşrin bildirdiyinə görə, Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.

“National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.

“Australia New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoyun fikrincə, Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də buna işarə edir.

Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb - Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb.

Tarix: 21-01-2021, 11:38 Oxunub: 102


Bölməyə aid digər xəbərlər