10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - "Yolda keçinib..."

Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - "Yolda keçinib..."


Siyəzəndə 13 yaşlı məktəbli dünyasını dəyişib.

Bu barədə Quba-Xaçmaz regional təhsil idarəsi Siyəzəndə 13 yaşlı məktəblinin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7 b sinif şagirdi Məhəmməd Musa oğlu Rəfiyevin axşam saatlarında evində yemək yeyərkən boğulmağa başlayıb və dərhal Siyəzən rayon Müalicə-diaqnostika mərkəzinə çatdırılıb. O, Bakıya aparılmaq istənilsə də, yolda keçinib".

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Mərhumun meyiti tibbi ekspertiza edilməsi üçün Bakıya-Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Dünyasını dəyişən 13 yaşlı  məktəbli Məhəmməd Rəfiyev Vətən Müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı idi.

Tarix: 2-06-2022, 11:37 Oxunub: 119


Bölməyə aid digər xəbərlər