İki istiqamətdə mövqelərimiz atəşə tutuldu

İki istiqamətdə mövqelərimiz atəşə tutuldu


Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

Tarix: 1-06-2022, 10:12 Oxunub: 254


Bölməyə aid digər xəbərlər