09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Rafael Mehrəliyev: Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev  - Prezidentimiz cənab İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısı daimidir. Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Prezident şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Dövlət siyasətinin mərkəzində vətəndaşlar dayanır. Müqayisə üçün deyə bilərik ki, keçən il şəhid ailələrinə 934 mənzil təqdim edilib. Bu il isə bu rəqəm 1500-ə yüksələrək daha da çox şəhid ailələrini əhatə edib. Bir daha bildirmək istəyirəm ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Bu prosedur dövlət başçısının birbaşa nəzarəti altındadır.
Prezident İlham Əliyev xalqın hər bir nümayəndəsinə diqqət və qayğı göstərir. Azərbaycan xalqı isə hər zaman öz prezidentini dəstəkləyib onun arxasında olduğunu dəfələrlə nümayiş etdirir.


Yasamal rayonunda göl ətrafının ərazisi əvvəlki vəziyyətə gətirilib


Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi,    hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlanmışlar. Müraciətə  baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı   mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.
Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə biləz. 
Hazırda "Üç Tac" yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin  təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaqdır. 
Yaşayış kompleksinin  sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək   şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını birmənalı şəkildə dəstəklədiklərini qeyd ediblər.
Qeyd olunmalıdır ki, vətəndaşların müraciətlərinə dərhal operativ reaksiya verilib. Bu da bir daha sübut edir ki, vətəndaşların müraciətləri ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır və aidiyyəti qurumlar tərəfindən onların həlli  üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir.



Tarix: 17-08-2020, 14:03 Oxunub: 151


Bölməyə aid digər xəbərlər