Zaur Tarıverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Sumqayıt maşın bazarının müdiri Zaur Tarıverdiyev - Bu məqaləni qalib bir xalqın nümayəndəsi kimi yazmaq çox möhtəşəm və qürurverici bir hissdir. Sözsüz, bu tarixi qələbəni bizə yaşadanlara, cənab Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirən şəhid və qazilərimizə bir ömür xalq olaraq minnətdar olacağıq. Bu qələbə bizə tarixi və əzəli Azərbaycan torpağı olan “Qarabağ”ı qaytardı. Ordu və xalqın birliyi ilə yanaşı, bu 44 günlük “Vətən müharibəsi”ndə cənab prezidentin yürütdüyü uğurlu xarici siyasət və “Dəmir yumruq” əməliyyatı öz sözünü dedi. Prezident İ.Əliyev “Vətən müharibəsi” dövründə xarici media orqanlarına verdiyi müsahibələrlə həqiqətləri dünyaya çatdırmışdır. Qazandığımız qələbə sayəsində həm ərazi bütövlüyümüzü və həm də Azərbaycan xalqının nə qədər mübariz, həmrəy və nümunəvi xalq olduğunu bütün dünya ölkələri görmüşdür. Belə ki, müzəffər Azərbaycan ordusunun əzmi, mübarizliyi və dönməzliyi ilə əldə etdiyi tarixi qələbə dövlətimiz və xalqımızın mənafeyi baxımından çox önəmlidir. 30 ilə yaxın müddətdir ki, mənfur düşmənin tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi ilk olaraq Azərbaycan xalqının özünə inamını geri qazandırdı və xalqımızın öz prezidentinə və onun gücünə etibarını daha da gücləndirdi.
Torpaqlarımızın hər zərrəsi uğrunda canı, qanı bahasına vuruşan igid Azərbaycan əsgəri və xalqımızın birliyi sayəsində qazandığımız parlaq qələbəmiz gələcəyə yeni imkanlar yaradır. Bu imkanlardan biri işğaldan azad edilən ərazilərimizin zəngin iqtisadi potensialının olması və həmçinin kənd təsərrüfatı baxımından olan imkanlardır. Bu ərazilərimiz həmçinin məhsuldar torpaqlarla da zəngindir. Ən mühüm cəhətlərdən biri odur ki, işğaldan azad edilmiş ərazilərə cənab Prezidentin hər səfəri yeni quruculuq işlərinin təməlinin qoyulması ilə əlamətdar olur. Və göründüyü kimi azad olunmuş ərazilərimiz sürətlə bərpa ediləcək, Qarabağa böyük qayıdış ən yüksək səviyyədə həyata keçiriləcək.
“Vətən müharibəsi”ndə qazandığımız qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Bölməyə aid digər xəbərlər