Bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.
O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat olunub:
“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulmuşdu. Əməliyyat edib, onları çıxardılar. İki həftə yemək yeməyində çətinliklər olacaq”.
O qeyd edib ki, Vasifin vəziyyəti yaxşıdır.
Xatırladaq ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İlhamə ƏbülfətMövzu ilə əlaqədar
Rəsmi Bakı: “Azərbaycan səfirliklərində təhlükəsizlik tədbirləri görülür” - YENİLƏNİBTehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman əməliyyat olunub - VİDEOTehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir? - VİDEOTehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanımız yenə əməliyyat olunacaq - ÖZƏL + FOTO/VİDEO
Bölməyə aid digər xəbərlər