İyunun 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev 100” təşəbbüs qrupunun “Xezer.org” informasiya agentliyinin təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib məzar önünə gül dəstələri qoyublar. Görkəmli oftolmoloq, alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edilib, məzarının önünə gül dəstələri qoyulub.
Tədbirdə dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xezer.org” informasiya agentliyinin icraçı direktoru Əlizadə Nəcəfov, icraçı direktor müavini Nail Adıgözəlov və digər şəxslər iştirak etmişdir.
Tədbirdə ictimai və siyasi xadimlər, diplomatlar.
“Heydər Əliyev 100” təşəbbüs qrupunun kordinatoru Selcan Paşayeva çıxış edib “Xezer.org” informasiya agentliyinin fəaliyyətində uğurlar arzulayıb.
Bölməyə aid digər xəbərlər