Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir.
“Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.
Yazımın əsas qəhrəmanı Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Əjdər oğlu Qasımovdur.
Onun şəfalı əlinin, xeyirxah, təmənnasız əməllərinin canlı şahidi olanlar onu bizim Ramin həkim adlandırır. Ramin həkim zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olan sakit təbiətli bir insandır. O, həmçinin xoş rəftarı, diqqət və davranışı ilə də qəlblərə məlhəm olan bir ziyalı həkimdir.
İnsan adətən həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. Ramin həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir.
İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl həkim, dəyərli insandır. Xəstələrinin dili ilə desək, Ramin həkimin yanına gedib, onunla söhbət etmək özü bir məlhəmdir insana.
Ramin həkim ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz sualını birmənalı olaraq belə cavablandırır:
Səhiyyəmizə yetərincə diqqət ayrılır və mən deyərdim ki, gördüyümüz kimi Azərbaycan səhiyyəsi durmadan inkişaf etməkdədir. Məhz bu səbəbdən biz Heydər Əliyev Fondunun Prezidenti, UNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri, Respublikamızın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq.
Həkimlik sənətinin çətin, məsuliyyətli və gərəkli sahə olduğunu, bütün çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gələn Ramin həkimin fikrincə savadlı və işini bilən təcrübəli həkim üçün heç bir qorxu yoxdur.İnsan gərək öz tutduğu peşənin kamil bilicisi, mütəxəssisi olsun. Ümumiyyətlə, bütün peşələrə məsuliyyətlə yanaşmaq lazımdır.
__ Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını Ramin həkim öz xarakterinə uyğun cavablandırır:
Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc, xoşbəxtlik ola bilməz. Mənə öz peşəmi sevdirən məhz bu amillərdir. Ramin həkim haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından, onların həkimin ünvanına söylədiyi xeyir-duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeridir Ramin həkim.
Bəli, Ramin həkim haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərlidir, vacibdir. Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur.Və inanırlar ki, öz hisslərində yanılmayıblar.
Bəli,dəyərli oxucular!
Haqqında sizə bəhs etdiyim həkim Ramin Qasımov həqiqətən də olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədər də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir. Onun əlinin şəfasından xeyir görənlər onu bizim Ramin həkim adlandırmaqda heç də yanılmayıblar.
Bütün insani keyfiyyətlərə malik olan Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Əjdər oğlu Qasımov başda olmaqla Xəstəxananın bütün həkim və tibb personalını Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda, çətin və məsuliyyət tələb edən peşələrində səbr diləyirəm.
Şəfalı əlləriniz var olsun, dəyərli həkimlər.
Bölməyə aid digər xəbərlər